Paulina Matisyak (; ) — 2019-cu ildən bəri Seymin (Polşa parlamenti) deputatı olan siyasətçi. O, əvvəllər Polşada yerli idarəetmə orqanlarında məmur kimi çalışıb.
Həyatı Paulina Matisyak 2008-ci ildə Torundakı Nikola Kopernik Universitetində Polşa filologiyası üzrə magistr dərəcəsini tamamladıqdan sonra,Varşavadakı "Collegium Civitas" universitetində XX əsr fəlsəfəsi üzrə (2011) və Nikola Kopernik Universitetində etika üzrə (2015) doktorantura təhsili alıb.
Matisyak, ədəbiyyata həsr olunmuş "Mən küncləri qatlayıram" adlı bloq idarə edir, "Vşistko Tso Nayvajneyşe" jurnalı üçün yazılar yazır, həmçinin bir neçə elmi nəşrin, rəyin və biblioqrafik araşdırmanın həmmüəllifidir. Matisyak Polşa Kitabxanaçılar Assosiasiyasının üzvüdür.
Siyasi fəaliyyəti Matisyak 2017-ci ildə Razem partiyasına qoşulub. 2019-cu ilin martında o, Partia Razem-in milli idarə heyətinin üzvü olub. 2019-cu il parlament seçkilərində IX çağırış Polşa Seyminə parlament seçilib. Matisyak 11 nömrəli (Seradz) seçki dairəsində Demokratik Sol Alyansın aparıcı namizədi olub.
Matisyak, sonra 2023-cü il parlament seçkilərində yenidən seçilib.
2024-cü ilin oktyabrında o, Hüquq və Ədalət partiyasının siyasətçisi Marçin Horala ilə birlikdə "İnkişafa Hə" adlı müştərək ictimai hərəkatın təsis edilməsində əməkdaşlıq etdiyinə görə Seymin İnfrastruktur Komitəsindən uzaqlaşdırılmış və "Solçular" parlament fraksiyasındakı üzvlüyü dayandırılmışdır. "Solçular" parlament fraksiyasından ayrıldıqdan sonra o, yeni yaradılmış "Razem" (Birlik) parlament fraksiyasına qoşulub və yenidən Seymin İnfrastruktur Komitəsinin üzvü olub.
Onun fəaliyyətinin əsasını səhiyyə standartlarının yaxşılaşdırılması, sərvətin yenidən bölüşdürülməsi, gender bərabərliyi və ictimai nəqliyyatın yaxşılaşdırılması təşkil edir.
12 noyabr 2025-ci ildə o, partiyanın digər üzvləri ilə əməkdaşlıq etmədiyi üçün İcraiyyə Şurası tərəfindən "Razem" partiyasından xaric edilmişdir. Matisyak bu qərardan partiyanın Milli Şurasına şikayət etsə də, bu cəhdi uğursuzluqla nəticələnmişdir.
2026-cı ilin martında o, Polşada keçirilən 2025-ci il prezident seçkilərinin ikinci turunda sağçı Karol Navrotskiyə səs verdiyini etiraf edərək, öz qərarını Navrotskinin nəqliyyat və əmək sahələrindəki vəziyyəti yaxşılaşdırması istiqamətində fəaliyyəti ilə əsaslandırmışdır.
İstinadlar