thumb|Qeyri-konfransda açıq məkan sessiyalarının planlaşdırılması Qeyri-konfrans () — ənənəvi formada olmayan, iştirakçılar tərəfindən yönləndirilən konfrans. Bu adlandırma sponsorlu təqdimatlar kimi ənənəvi konfransın iyerarxik xüsusiyyətlərindən qaçmağa çalışan müxtəlif toplantılar üçün istifadə olunur.
Tarixi thumb|ABŞ vikikonfransında qeyri-konfrans planlaması Tim O'Rayliyə görə, qeyri-konfransın ilk versiyalarından biri 1828-ci ildə Aleksandr fon Humboldt tərəfindən təşkil edilmiş toplantı idi. Burada formal çıxışlara daha az önəm verilmiş, əvəzində qeyri-rəsmi görüşlərə üstünlük verilmişdi.
Qeyri-konfrans (unconference) termini ilk dəfə 1998-ci ildə keçirilən illik XML proqramçıları konfransının elanında istifadə edilmişdir.
Qeyri-konfranslar tez-tez Harrison Oven tərəfindən 1985-ci ildə hazırlanmış Open Space Technology formatı/metodunun müxtəlif variantlarından istifadə edirlər. Ovenin 1993-cü ildə nəşr olunan "Açıq məkan texnologiyası: istifadəçinin təlimat kitabçası" kitabında bu gün qeyri-konfranslarla əlaqələndirilən bir çox texnika müzakirə olunur, baxmayaraq ki, kitabda həmin termin istifadə edilməmişdir.
Termin Len Prayr tərəfindən BloggerCon-u (Deyv Vayner tərəfindən təşkil edilən və ilk dəfə 4–5 oktyabr 2003-cü ildə Harvardın Berkman Center for Internet & Society mərkəzində keçirilən konfranslar silsiləsini) müzakirə edərkən istifadə edilmişdir.
Erkən qeyri-konfranslardan biri olan Foo Camp-un təşkilatçısı Sarah Vinc (Tim O'Rayli ilə birlikdə) formatı inkişaf etdirmək üçün açıq məkan təcrübəsindən və Harrison Oven ilə söhbətlərindən faydalanmışdır. İlk Foo Camp 10–12 oktyabr 2003-cü ildə Kaliforniyanın Sebastopol şəhərində keçirilmişdir. 2005-ci ildə əvvəlki illərin bəzi iştirakçıları öz "Bar" Camp-larını təşkil etməyə qərar verdilər. BloggerCon, Foo Camp və BarCamp adlı bu üç tədbir "qeyri-konfrans" termininin populyarlaşmasına kömək etdi.
Formatı Qeyri-konfranslarda konfransın sessiyalarının planlaşdırılması əvvəlcədən iştirakçılar tərəfindən hazırlanır. Müəyyən mövzu üzrə müzakirə başlatmaq istəyən hər kəs vaxt və məkan seçə bilər. Bəzi sessiyalar (məsələn, FooCamp və ya BarCamp-da) mövzunu təklif edən iştirakçı tərəfindən idarə olunur, digər sessiyalar isə əsasən sessiyanın mövzusu ətrafında açıq müzakirələrdən ibarət olur.
Qeyri-konfrans xüsusilə iştirakçıların konfransın müzakirə etdiyi sahədə yüksək səviyyədə təcrübə və ya biliyə malik olduğu hallarda faydalıdır.
İstinadlar
Kateqoriya:Konfranslar Kateqoriya:Yığıncaqlar Kateqoriya:Sosial məlumat emalı