Umm Əl-Quveyn (ərəb: أم القيوين) — ölkənin şimalında yerləşən Birləşmiş Ərəb Əmirliklərini təşkil edən yeddi əmirlikdən biri. Umm Əl-Quveyn BƏƏ-nin ən az əhalisi olan əmirlikdir. Fars körfəzi ilə həmsərhəddir. Umm Əl Quveyn qərb sahilində Ras Əl Xayma, Şarja və Əcmən arasında yerləşir. 24 km (15 mil) qədər uzanan sahili var.

Umm Əl Quveyn Əmirliyi 1775-ci ildə Şeyx Məcid Əl Mualla tərəfindən müstəqil şeyxlik kimi yaradılmışdır. Əmirliyi Səud bin Rəşid Əl Mualla idarə edir. Əmirlik əsas sahil şəhəri olan Umm Əl Quveyn və sahildən təxminən 30 km (19 mil) məsafədə yerləşən Fələc Əl Mualla oazis şəhərciyindən ibarətdir.Emirate of Umm Al Quwain

Qonşu ölkələrdən fərqli olaraq, Umm Al Quveynin ərazisində neft və ya qaz tapılmamışdır və turizm,About Umm Al Quwain balıqçılıq və ticarətdən,Tourism and trade the top priorities in Umm Al Quwain https://web.archive.org/web/20180724123603/http://uaqftz.com/uaqftz/ həmçinin Umm Əl Quveyn Azad Zonasından (UAQFTZ)"UAQ Free Trade Zone | Business Licences | Umm Al Quwain, Dubai, Sharjah, Abu Dhabi, Ajman & RAK :: uaq ftz". əldə edilən gəlirdən asılıdır.

Etimologiyası Umm Əl-Quveyn adı, qurudan və dənizdən çıxarılan sərvətlərə istinad edilərək, "iki qüdrətin anası" mənasını daşıyan ərəb sözündəndir.

Tarixi Umm əl-Quveyn Əmirliyi əhəmiyyətli arxeoloji maraq doğurur. Buradakı vacib tapıntılar Yaxın Şərqdə mühüm qədim şəhərlərin mövcudluğundan xəbər verir. Əldə edilən bütün tapıntılar Mesopotamiya ilə əlaqələrin hələ eramızdan əvvəl V-ci minillikdə mövcud olduğunu göstərir. Bu yerlərdə həm qərb Şumer mədəniyyəti, həm də şərq Hind Vadisi mədəniyyətinə aid əşylar tapılıb.. "Ed-Dur Site - UNESCO World Heritage Centre"

Əmirliyin Ed-Dur şəhərində yüzlərlə sikkə tapılıb, onların içində Makedoniyalı İskəndərin dövrünə aid olanlarda çoxdur. 2019-cu ilin mart ayında burada eramızın I əsrinə aid 15 türbə, tunc heykəllər, yaşayış məskənlərinin qalıqları, zərgərlik məmulatları və keramika aşkar edilib.500 tombs dating back 2,000 years found in Umm Al Quwain15 tombs, artefacts uncovered in Umm Al Quwain Ed-Durun həm Plini, həm də Strabon tərəfindən Fars körfəzində mühüm şəhər olduğu qeyd edilir.

Tunc dövründə əkinçilik inkişaf edirdi, xurma əsas məhsul idi. Suvarma üçün kifayət qədər su olan yerdə buğda, darı və digər taxıllar da əkilirdi. Hesab olunur ki, o dövrdə iqlim indikindən daha mülayim idi.

2022-ci ildə Umm Əl Quveynin Siniyah adasında VI-VII-ci əsrə aid Şərqi xristian monastırının, 2023-cü ildə isə eyni adada Fars körfəzindəki ən qədim mirvari dalğıc şəhəri olduğu güman edilən çox saylı qalıqlar tapıldı.

Umm Əl-Quveynin müasir tarixi təxminən 200 il əvvəl, Əl-Əli qəbiləsinin XVIII-ci əsrin ortalarında su ehtiyatlarının azalması səbəbindən paytaxtı Siniyah adasından indiki yerinə köçürülməsindən sonra başlayıb. Bundan sonra 1775-ci ildə Umm Əl-Kuveyn müstəqil Şeyxlik elan edildi.

XX-ci əsr

Umm Əl-Quveyn Əmirliyi 1768-ci ildə müasir Əl Mualla sülaləsinin banisi, Əl Əli qəbiləsindən olan Şeyx Rəşid bin Məcid tərəfindən tikilmiş qaladır. 1929-cu ildə qalada dövlət çevrilişi baş verdi. Şeyx Həməd bin İbrahim Əl Mualla öldürüldü. Yeni hakimiyyətdən narazı qalan şəhər əhalisi üsyan qaldıraraq qalanı yandırdılar, qəsbkarları öldürdülər və Əhməd bin Rəşid Əl Muallanı hakimiyyətə gətirdilər. Qala bərpa olunub və hazırda burada Umm əl-Quveyn Milli Muzeyi yerləşir.

8 yanvar 1820-ci ildə Şeyx Abdullah bin Rəşid Böyük Britaniya ilə Ümumi Dəniz müqaviləsi imzaladı və beləliklə, Osmanlı türklərinin nüfuzunun qarşısını almaq üçün İngilis protektoratını qəbul etdi və Dubay, Rəs Əl-Xayma, Şarja, Əcmən kimi bölgədə əhəmiyyətli region hesab olundu. 1908-ci il üçün J.G. Lorimerin "Fars Körfəzi, Oman və Mərkəzi Ərəbistan" adlı məşhur coğrafi kitabçasında Umm Əl-Quveyn sahilində böyük gəmiqayırma mərkəzi, təxminən 5000 əhalisi olan bir şəhər kimi təsvir olunmuşdur.

2 dekabr 1971-ci ildə Şeyx Əhməd bin Rəşid Əbu-Dabi, Dubay, Şarja, Əcman və Əl-Füceyrə əmirlikləri ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərini yaratdı, Ras əl-Xayma 1972-ci ilin əvvəlində BƏƏ-nə qoşuldu.

Hökmdarları Umm Əl Quveynin ardıcıl hökmdarları:

1768-1820: Şeyx Rəşid bin Məcid Əl Mualla 1820–1853: Şeyx Abdullah bin Rəşid Əl Mualla (1794) 1853–1873: Şeyx Əli bin Abdullah Əl Mualla (1824 - 1873) 1873–1904: Şeyx Əhməd bin Abdullah Əl Mualla (1832 – 1904) 13 iyun 1904 – 1922: Şeyx Rəşid bin Əhməd Əl Mualla (1876 – 1922) 1922 - Oktyabr 1923: II Şeyx Abdullah bin Rəşid Əl Mualla 1923 oktyabr - 9 fevral 1929: Şeyx Həməd bin İbrahim Əl Mualla 9 fevral 1929 - 21 fevral 1981: Şeyx Əhməd bin Rəşid Əl Mualla (1904 - 1981) 21 fevral 1981 - 2 yanvar 2009: II Şeyx Rəşid bin Əhməd Əl Mualla (1932 - 2009) 2 yanvar 2009 - indiki: Şeyx Səud bin Rəşid Əl Mualla (1952)

İqtisadiyyatı Umm Əl-Quveyndə turizm, ticarət, kiçik və orta biznes, balıqçılıq inkişaf etdirilir.

Vizyon 2021 2018-ci ildə hökumət proqramlar və təşəbbüslər vasitəsilə hərtərəfli struktur inkişafı həyata keçirmək, həmçinin vahid cəmiyyət üçün yüksək həyat səviyyəsini təmin etmək üçün Umm Əl-Quveyn Vision 2021 proqramını işə saldı. Vizyon beş əsas tələbləri əhatə edir:

Davamlı və şaxələndirilmiş iqtisadiyyat; Sosial həmrəylik; Cəlbedici turizm; Əla infrastruktur və İnnovativ hökumət; Hökumət biznes təşəbbüsləri və proqramları biliyi, tədqiqat və inkişafa əsaslanan iqtisadiyyat qurmaq üçün özəl sektorla tərəfdaşlığı inkişaf etdirmək və gücləndirmək üçün yerli biznes və sənayeləri dəstəkləmək üçün bir vasitə kimi xidmət edir.

Azad ticarət zonası Umm Əl-Quveyn Azad Ticarət Zonası (UAQ FTZ) 1987-ci ildə yaradılmışdır. O, əvvəllər Əhməd Bin Rəşid limanı və Azad Zona kimi tanınırdı. Azad Ticarət Zonası 2019-cu ildə "Startaplar və KOM-lar üçün Ən Yaxşı Azad Zon" kimi Qadat Al Tagheer mükafatına layiq görülüb.

İqlim və ətraf mühitü

Noyabr-mart aylarında orta temperatur gündüzlər 27°C (81 °F), gecələr 15°C (59 °F) təşkil edir, lakin yayda və rütubətin yüksək olduğu vaxtlarda 40°C-dan (104 °F) yuxarı qalxa bilər. Yağış minimaldır və ildə orta hesabla 42 mm (1,7 düym) təşkil edir. Sahil xətti gün ərzində dəniz küləyi ilə sərinlənir.

Umm Əl-Quveyn şəhərinin yaxınlığında yerləşən Əl Sinniyah adası, BƏƏ-nin ən böyük Sokotra qarabatat koloniyasına ev sahibliyi edir, 15.000-dən çox cütlük onu dünyanın üçüncü ən böyük koloniyası edir. Bura həmçinin ərəb ceyranları gətirilib və onların burada artımı hiss oıunur. Dəniz həyatı bolluğu və müxtəlifliyi ilə diqqət çəkir: qara tipli rif köpəkbalığı, tısbağalar və s.

Sinaniyah adası ilə materik arasında su quşları üçün beynəlxalq əhəmiyyət kəsb edən geniş qum və palçıq sahəsi olan Hor Əl Beyda yerləşir. Sinaniyah adası rəsmi olaraq qorunmasa da, Hor Əl Beyda ilə birlikdə BƏƏ-də ən böyük təmiz və müxtəlif sahil yaşayış yerlərindən biridir.

Mədəniyyəti BƏƏ mədəniyyəti əsasən İslam dini və ənənəvi ərəb mədəniyyəti ətrafındadır. İslam və ərəb mədəniyyətinin onun memarlığına, musiqisinə, geyiminə, mətbəxinə və həyat tərzinə təsiri də çoxdur.

Turizm

Umm Əl Kuveyn fortu: Bir vaxtlar əmirliyin hökmdarının evi olan və köhnə şəhərin girişini qoruyan, bir tərəfdən dənizə, digər tərəfdən dərəyə nəzarət edən fort. Əvvəl polis bölməsinə, sonra muzeyə çevrildi. Muzeydə indi Ed-Dur da daxil olmaqla yaxınlıqdakı mühüm yerlərdə tapılan artefaktlar və əmirliyin tarixində istifadə edilmiş silah kolleksiyası və s. nümayiş olunur.

Umm Əl Quvein adaları sıx manqrov meşələri ilə əhatə olunmuş və kanallarla ayrılmış qumlu adalardan ibarət unikal sahil xəttini təşkil edir. Yeddi adadan ən böyüyü Sinniyah, ardınca Cəzirət Əl-Gallah və Əl-Kibe. Hamısı köhnə şəhərdən görünür. Onlarla sahil düzənlikləri arasında kiçik digər adalar var. Adalar arasında axan Madaar kanalı balıqçılar üçün əhəmiyyətli su yolunu təmin edir.

Ed-Dur Umm Əl Quveynin şimalında yerləşən qədim Ed-Dur şəhəri. Şəhər Fars körfəzi sahilində İslamdan əvvəlki ən böyük yer hesab olunur.Ed-Durda abidələr, kiçik qala və semit günəş tanrısı Şamaşa həsr olunmuş məbəd var.

Dreamland Aqua Parkı Dubaydan avtomobillə təxminən 40 dəqiqəlik məsafədə, Umm Əl Kuveynin sahilində yerləşir. 250 hektar (620 akr) mənzərəli bağları əhatə edir və 30-dan çox attraksiona malikdir. Park il boyu açıqdır və gündə 10.000-ə qədər ziyarətçi qəbul edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Birləşmiş Ərəb Əmirliklərinin əmirlikləri Kateqoriya:Fars körfəzi ölkələri Kateqoriya:Yaxın Şərq dövlətləri Kateqoriya:Orta Şərq dövlətləri Kateqoriya:İslam dövlətləri Kateqoriya:Ərəb Liqasına üzv dövlətlər Kateqoriya:İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Kateqoriya:Krallıqlar Kateqoriya:Monarxiyalar