Linda Maqdalena Kullberq Lampenius (; ), daha çox beynəlxalq təxəllüsü olan Linda Brava kimi tanınmışdır – Finlandiya klassik konsert skripkaçısı. O, tez-tez öz nəslinin ən çoxşaxəli və istedadlı ifaçılarından biri kimi xarakterizə olunur. Musiqiçi klassika, pop, rok, folk, texno və caz kimi müxtəlif janrlarda fəaliyyət göstərir.Linda. WSOY, 2003. O, Pete Parkkonen ilə birlikdə Vyanada keçirilən "Avroviziya-2026" mahnı müsabiqəsində Finlandiyanı təmsil etmişdir.

Erkən illəri Linda Lampenius Helsinkidə, musiqinin həyatın ayrılmaz hissəsi olduğu isveçdilli Finlandiya ailəsində anadan olmuşdur. Atası Börge Lampenius (1921–2016) teatr rejissoru, aktyor, müğənni, həmçinin müzikl və operettaların bəstəkarı olmuşdur. Anası Ulla Eklund da aktrisa və müğənni kimi fəaliyyət göstərmişdir. Valideynlərinin hər ikisi Helsinkidəki İsveç Teatrında çalışmışdır.Lampenius, Linda in Uppslagsverket Finland.

Üç yaşında Linda Lampenius valideynləri ilə birlikdə müğənni kimi çıxış etməyə başlamışdır. Sonralar, solo və orkestr çıxışları ilə yanaşı, o, atasının fortepiano müşayiəti ilə skripka çalmış, anası isə onlarla birlikdə oxumuşdur. Beş yaşında Geza Silvainin rəhbərliyi altında skripka ifaçılığını öyrənməyə başlamışdır. Artıq yeddi yaşında Linda Lampenius özündən iki dəfə böyük musiqiçilərin yer aldığı Helsinki Simli Kvartetinin üzvü və solisti olmuşdur.The Upbringing of a Talented Violinist. Helsinki University Printing House, 2001.

Uşaqlıq illərində orkestrlə birlikdə bütün dünyanı gəzərək London, Nyu-York və Tokio kimi şəhərlərdə konsertlər vermişdir. Dövrünün ən gənc tanınmış skripkaçılarından biri olan sənətçi, Finlandiyanın YLE telekanalında yayımlanan "Musiqi ölkəsində mini skripkaçılar" adlı bədii-maarifləndirici teleserial çərçivəsində dəfələrlə televiziya ekranlarında görünmüşdür.Classic FM Magazine, October 1999.

Tezliklə Linda Lampenius gələcək vəd edən gənc skripkaçı kimi İsveç Mədəniyyət Fondundan təqaüd almış, Helsinki Simli Orkestrinin konsertmeysteri olmuşBettina på turné TV series on YLE FST5, 26 may 2008. və 11 yaşında Finlandiya Radiosunun Simfonik Orkestrinin solisti kimi çıxış etmişdir.Good Morning Finland on MTV3, 12 June 2008. Təxminən elə həmin dövrdə o, həmçinin Helsinki Simli Orkestrinin tərkibində solo partiyalar üçün seçilmiş və bu kollektivlə, digər ölkələrlə yanaşı, İngiltərədə də qastrolda olmuşdur.The Sunday Times, 20 July 1997.

Təhsili Linda Brava 1985–1997-ci illərdə Finlandiyada Sibelius Akademiyasında əvvəlcə gənclər şöbəsində, daha sonra isə solistlər şöbəsində təhsil almışdır. O, universitetə yalnız dinləmə nəticələrinə əsasən qəbul edilən ilk tələbələrdən biri olmuşdur. Akademiyada skripka, musiqi nəzəriyyəsi və tarixi, pedaqogika və opera oxuma dərsləri keçmiş,The X Factor Website, mtv3.fi/xfactor, 16 January 2010. həmçinin özü də skripka üzrə tələbələrə dərs demişdir. Kameral ansambllarda çıxış edən skripkaçının rəhbərlik etdiyi "Ofeliya" kvarteti "Amadeus Kvarteti" tərəfindən keçirilən ustad dərsinin yekun konsertində ifa etmək üçün seçilmişdir.

1990–1997-ci illərdə Linda Brava məşhur professorlar Yorma Panula və Eri Klasın rəhbərlik etdiyi dirijorluq sinfi orkestrinin konsertmeysteri olmuşdur. O, Sibelius Akademiyasının özünün simfonik orkestrində dəfələrlə konsertmeyster kimi çıxış etmiş və daimi solo karyerasına başlamazdan əvvəl üç il Finlandiya Milli Operasının orkestrində birinci skripka ifaçısı kimi çalışmışdır.Iltalehti, 7 September 1996.

Finlandiya, Fransa və İsraildə çoxsaylı ustad dərslərində, o cümlədən Şlomo Mintsin "Keşet Eylon" skripka proqramında iştirak edərək pedaqoq və bəstəkar Şmuel Aşkenazidən dərs almışdır.Lumo, 11–12/2010.

Musiqi karyerası

Klassik musiqi thumb|Lampenius Stokholmda çıxış edir. 2009-cu il.

Linda Brava Avropa, Asiya və Amerika Birləşmiş Ştatlarında kameral musiqi ifa etmiş, Timo Koskinen, Folke Qresbek,Iltalehti, 24 June 1999. Laura Mikkola,Ilta-Sanomat, 10 April 1997. Karina E. Nilsson,The Artist & Eventbolaget Website, artistocheventbolaget.com, 18 January 2010. Linn HendriIlta-Sanomat, 20 November 1999. və Con LenehanLinda Brava, EMI Classics, 1999. kimi müxtəlif pianoçularla əməkdaşlıq etmişdir. O, həmçinin bir çox orkestrlərlə solist kimi çıxış etmişdir. Finlandiya və İsveçin şəhər orkestrləri ilə yanaşı,Västerås Tidning, 8 August 2008. La Skala Operasının orkestri ilə ifa etmişIlta-Sanomat, 18 June 1998. və Praqa Filarmoniya Orkestri ilə qastrollarda olmuşdur.

Svenska Dagbladet qəzeti sənətçinin Stokholm Simfonik Orkestri ilə birgə Moris Ravelin "Qaraçı" əsərini ifa etməsi haqqında yazarkən onun Ulriksdal sarayının parkındakı çıxışı ilə dinləyiciləri heyran qoyduğunu, harmoniklər, sol və sağ əllə pikkato ifası, səs rənginin alovluluğu və qoşa notların mükəmməl səviyyədə olduğunu qeyd etmişdir.Svenska Dagbladet, 14 June 1998. Linda Brava həmçinin Uelsin BBC Milli Orkestri və RTÉ Milli Simfonik Orkestri ilə solist kimi çıxış etmişdir.Irish Independent, 30 July 2010. Musiqi festivallarında Xose Karreras və Kevin Kenner ilə birlikdə səhnəni bölüşməklə yanaşı,Ulriksdals Slottsgala 1998. Pol Potts ilə qastrollarda olmuşDagen Nyheter, 19 February 2008. və Andrea Qriminelli ilə birgə ifalar təqdim etmişdir.

2002-ci ildə Linda Brava İsveçə köçmüş və bu ölkənin vətəndaşlığını qəbul etmişdir. Bir neçə il sonra onun ölkə daxilində ilk böyük konsert turneləri baş tutmuşdur. Bu turnelər uğurla nəticələnmiş, tənqidçilər finlandiyalı skripkaçının istedadını yüksək qiymətləndirmiş və o, İsveç musiqi sənayesində özünə yer qazana bilmişdir. Dalarnas Tidningar nəşri sənətçi haqqında yazarkən onun böyük səhnə cazibəsinə sahib olduğunu, mavi libasda səhnəyə çıxdığı an primadonna iddialarından uzaq, tamamilə musiqiyə qapılaraq füsunkar ifası ilə dinləyiciləri ilk dəqiqələrdən heyran qoyduğunu və giriş hissəsindən sonra alqışların ardı-arası kəsilmədiyini vurğulamışdır.Dalarnas Tidningar, 22 March 2004.

Eyni zamanda, isveçdilli Göteborgs-Posten qəzeti L. Bravanın ifa etdiyi musiqi popurisinin virtuoz bir skripka performansına çevrildiyini, onun heyranedici texnikası və böyük cazibəsi ilə şübhəsiz öz nəslinin ən istedadlı musiqiçilərindən biri olduğunu xəbər vermişdir.Göteborgs-Posten, 2 April 2004. Stokholma köçdükdən sonra konsert turnelərinin sayını artıran Linda Brava ölkə daxilində yalnız solo yox, həmçinin pianoçu Robert Uells,Aftonbladet, 6 July 2008. arfa ifaçısı Monika Ramos,The Artist & Eventbolaget Website, artistocheventbolaget.com, 16 January 2010. eləcə də vokal müşayiətində opera müğənnisi Hanna Holgersson ilə birlikdə çıxışlar etmişdir.Expressen, 28 November 2008.

İsveçlə yanaşı, Linda Brava ölkə hüdudlarından kənarda da fəaliyyətini davam etdirmişdir. Onun xüsusi çıxışları arasında Kosovoda NATO qoşunları üçün təşkil olunmuş xeyriyyə konsertləri,Official Website of the NATO Kosovo Force, nato.int/KFOR, And the blonde played on, 2 January 2003. Londonun Kral Albert Holunda keçirilən "Rhapsody in Rock" şousu,Evening Standard, 30 October 2003. həmçinin AstanadaViihdeuutiset on MTV3, 9 October 2006. və Fransanın cənubunda keçirilən Kann Kinofestivalındakı skripka musiqisi proqramları yer alır.Aamulehti, 25 may 2007. Sənətçi həm Skandinaviya ölkələrində, həm də Avropanın digər regionlarında korporativ tədbirlərdə mütəmadi olaraq iştirak edir. Bu qəbildən olan tədbirlərə misal olaraq onun Moskvada Ferrari və Maserati markalarının açılış mərasimlərindəki çıxışlarını göstərmək olar.The Ferrari & Maserati Showroom Opening in The Barvikha Luxury Village on 23 June 2006.

2010-cu ildə Linda Brava RTÉ Milli Simfonik Orkestrinin Yay Konsert Turnesi çərçivəsində keçirilən son konsertində çıxış edərək tanınmış klassiklər Törla Karolan, Maykl Uilyam Balf və Maykl MakQlinnin əsərlərini ifa etmişdir.The RTÉ Performing Groups Website, rte.ie/performinggroups/, Musical Postcards: Ireland, 31 July 2010. O, həmçinin Stokholmdakı Kral Sarayında keçirilən 40-cı illik musiqi festivalının bağlanış konsertində İsveç Kral Kameral Orkestrinin solisti kimi çıxış etmişdir.The 40th Annual Royal Palace Music Festival, Grand Finale Concert at the Hall of State of the Stockholm Palace with Linda Lampenius, Bengan Janson, Frida Jansson, Magnus Svensson, Mats Liljefors and the Royal Swedish Chamber Orchestra, 16 September 2010. 2011-ci ildə Linda Brava solo qastrollarda olmuş və Şönbrunn, Finlandiya Holl, habelə Stokholm Konsert Zalı kimi bir çox böyük konsert salonlarında çıxışlar etmişdir.The Nyårskonserten 2011 Website, nyarskonserten.se, Turnéplan (Tour Dates), 5 October 2010.

Uorld-müzik və ya Kelt musiqisi Linda Brava 2006-cı ildə İrlandiyanın "Anúna" xor qrupu ilə əməkdaşlığa başlamışdır.The Anúna Website, anuna.ie, 24 January 2010. Onların mükafata layiq görülmüş və PBS kanalında yayımlanan "Celtic Origins" adlı xüsusi musiqi buraxılışı 2007-ci ildən etibarən Amerika Birləşmiş Ştatlarında 250-dən çox telekanalda nümayiş etdirilmiş, həmçinin DVD formatında buraxılmışdır. Luminate təşkilatının məlumatına görə, "Celtic Origins" albomu 2007-ci ildə Şimali Amerikada ardıcıl olaraq beş həftə ərzində ən çox satılan alternativ disk olmuş, həmin ilin payızında keçirilən eyniadlı konsert turnesi isə ABŞ-nin 40-dan çox şəhərini əhatə etmişdir.The Elevation Group Website, elevationgrp.com, 22 January 2009.

2016-cı ildən etibarən Linda Brava İrlandiya və İsveçdə keçirilən konsertlərdə "Anúna" qrupu ilə birlikdə çıxış etmişdir. Onlar 2010-cu ildə RTÉ Milli Simfonik Orkestrinin Yay Konsert Seriyası çərçivəsində təşkil olunmuş son konsertində iştirak etmiş və 2011-ci ildə İsveçdə keçirilən milad konsertlərində çıxış etmişlər.The Linda Lampenius & Anúna Christmas Concerts at Sofia Church in Stockholm and Annedal's Church in Gothenburg, Sweden, 19 and 20 November 2011. Linda Lampenius həmçinin "Anúna" qrupunun digər layihələrinin, o cümlədən 2014-cü ildə işıq üzü görən "Illuminations" albomunun yazılışında yer almışdır.

Milad musiqisi Karyerası ərzində Linda Brava bir çox Milad konsertlərində də iştirak etmişdir. O, 2004 və 2008-ci illərdə İsveçin "Julkonserten" adlı orijinal Milad turnesində iştirak edərək ölkənin müxtəlif konsert salonlarında və arenalarında çıxışlar etmişdir.The Julkonserten 2008 Website, julkonserten.se, 1 January 2008.

O, öz vətəni Finlandiyada Porvoo Kafedral kilsəsində və Temppeliaukio lüteran prixod kilsəsində keçirilən tematik Milad konsertlərində ifa etmişdir.Uusimaa, 20 December 2010. Londonda yaşadığı dövrdəThe Muntra Musikanter Sällskapet & Linda Lampenius Christmas Concerts at Temppeliaukio Church, 19 December 2011. yerli Finlandiya kilsəsində Milad mahnılarını səsləndirmişdir.

2015-ci ildə Linda Brava Stokholmdakı Müqəddəs Emmanuel kilsəsində, Müqəddəs Hedviq Eleonora kilsəsində və Stokholmdakı Finlandiya kilsəsində çoxsaylı Milad konsertləri vermişdir. O, həmçinin Qustav Vasa kilsəsində iki dəfə çıxış etmişdir. Bu konsertlərdən birində şahzadə Karl Filip və onun həyat yoldaşı İsveç şahzadəsi Sofiya da iştirak etmişdilər.

Caz Linda Brava Nyu-YorkIlta-Sanomat, 16 October 1997. və StokholmThe Linda Lampenius MySpace, myspace.com/lindalampenius, 4 December 2007. şəhərlərində caz konsertləri ilə çıxış etmişdir. O, xüsusilə amerikalı aktyor və caz pianoçusu Ceffri Linn Qoldblum ilə əməkdaşlıq edərək Los-Ancelesdə onunla birlikdə səhnə almışdır.Sunday Tribune, 25 July 2010.

Avroviziya 16 yanvar 2026-cı ildə skripkaçının finlandiyalı müğənni Pete Parkkonen ilə birlikdə "Liekinheitin" adlı mahnı ilə "UMK 2026" müsabiqəsində iştirak edəcəyi məlum olmuşdur. 28 fevral 2026-cı ildə keçirilən "Uuden Musiikin Kilpailu" (UMK) müsabiqəsinin finalında onlar telebaxıcılardan 492 xal toplamaqla qalib gəlmiş və Finlandiya milli seçim turlarındakı yeni rekordu yeniləmişlər. Bununla da ifaçılar Vyanada keçirilən "Avroviziya-2026" mahnı müsabiqəsində Finlandiyanı "Liekinheitin" () mahnısı ilə təmsil etmək hüququ qazanmışdılar. Müsabiqənin yekunlarına əsasən, onlar ümumilikdə 279 xal toplayaraq 6-cı yeri tutmuşdular.

Şəxsi həyatı