Mari Miriam () və ya əsl adı ilə Miriam Lopes (; ) — Fransa müğənnisi. O, 1977-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur.
Həyatı Mari Miriam Portuqaliyada anadan olmuş, uşaqlığının bir hissəsini Zairdə keçirmişdir. O, səhnədə debütünü 1976-cı ildə fransızdilli Kanadanın Kvebek əyalətində populyarlıq qazanan "Ma colombe" (Mənim göyərçinim) adlı fransızca mahnı ilə etmişdir.
1977-ci ildə, iyirmi illik yubileyi ərəfəsində "L'oiseau et l'enfant" adlı kompozisiyanı ifa edərək Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur.
1970-ci illərin sonunda "Télévision Française 1" (TF1) telekanalında gənclər üçün yayımlanan "Les Visiteurs de Noël" adlı milad verilişləri silsiləsində fəal iştirak etmişdir. 1980-ci ildə SSRİ-nin "Melodiya" firması tərəfindən müğənninin "Mari Miriam oxuyur" (C60 14757-8) adlı albomu işıq üzü görmüşdür.
1989-cu ildə Şarl Aznavur tərəfindən təşkil olunmuş konsertlərdə çıxış etmişdir. Bu konsertlərdən yığılan vəsait Ermənistanda baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə yönəldilmişdir.
2000-ci illərin ikinci yarısında Avroviziya Mahnı Müsabiqələrində fransız tamaşaçılarının səsvermə nəticələrini müntəzəm olaraq elan etmişdir.
2017-ci ildə, qırx illik yaradıcılıq fəaliyyəti münasibətilə Mari Miriam özünün ən yaxşı hitlərindən ibarət ikiqat kompilyasiya albomunu buraxmışdır. O, həmçinin uşaqlıq illərindən, Avroviziya təcrübəsindən və ailəsindən bəhs edən "La Fille du Ribatejo" adlı kitabını nəşr etdirmişdir. İfaçı bu əsərini dinləyicilərinə bir vida və təşəkkür naməsi kimi xarakterizə etmişdir.
Diskoqrafiyası
1976: Ma colombe 1977: Toutes les chansons du monde 1979: Toujours partir 1979: Le coeur somnambule 1979: Les Visiteurs de Noël 1979: Chansons pour Casimir 1982: Nils Holgersson 1982: Sentimentale 1985: La plus belle chanson d’amour 1985: Vivre 1985: Nostalgia 1987: Tout est pardonné 1988: Dis-moi les silences 1988: En plein cœur 1989: Pour toi Arménie 1989: La solitude des rois 1991: VII 1992: Petit homme 1994: 14 plus grands succès 1995: Atout 1996: Charme 2007: Encore
İstinadlar
Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Fransa müğənniləri Kateqoriya:Fransanın "Avroviziya" təmsilçiləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri