Ventvort Miller ABŞ əsilli aktyor və ssenaristdir. O, 2005-ci ildə yayımlanan Prison Break teleserialında Michael Scofield obrazını canlandırmaqla məşhurlaşmışdır. Bu roluna görə Qızıl Qlobus Mükafatının Dram janrında ən yaxşı kişi aktyor" nominasiyasına namizəd göstərilmişdir.

Miller ssenarist kimi fəaliyyətinə 2013-cü ildə çəkilmiş Stoker (film)|Stoker filmi ilə başlamışdır. 2014-cü ildən etibarən The CW kanalının The Flash serialında Captain Cold obrazını canlandırmış, daha sonra isə DC's Legends of Tomorrow serialında rol almışdır.

İlk illəri Wentworth Miller İngiltərənin Oxfordshire qraflığının Chipping Norton şəhərində amerikalı valideynlərin ailəsində anadan olmuşdur. Anası Roxann Palm xüsusi təhsil müəllimi, atası Wentworth E. Miller II isə hüquqşünas və müəllim olmuşdur. Atası onun doğulduğu dövrdə Oksford Universitetində Rhodes Təqaüdü proqramı ilə təhsil alırdı.

Millerin atası afroamerikalı, Yamayka, alman və ingilis mənşəlidir. Anası isə rusin, isveç, fransız, holland, suriyalı və livanlı köklərə malikdir. Onun Leigh və Gillian adlı iki bacısı var.

Ailəsi Miller bir yaşında olarkən Brooklyn, Nyu-York şəhərinə köçmüşdür. O, Midwood High School məktəbində təhsil almış və 1995-ci ildə Princeton Universitetini bakalavr dərəcəsi ilə bitirmişdir.

Karyerası 1995-ci ildə aktyorluq karyerasını davam etdirmək məqsədilə Los-Anceles şəhərinə köçmüşdür. Televiziyada ilk rolu 1998-ci ildə yayımlanan Buffy the Vampire Slayer serialında Gage Petronzi obrazı olmuşdur.

2002-ci ildə ABC kanalının Dinotopia mini-serialında David Scott obrazını canlandıraraq ilk əsas rolunu əldə etmişdir. 2003-cü ildə çəkilən The Human Stain filmində Anthony Hopkins tərəfindən canlandırılan Coleman Silk obrazının gənclik dövrünü oynamışdır.

İstinadlar