Tongjiang–Nijneleninskoye dəmir yolu körpüsü (, ) — Amur çayı üzərində salınmış, Çin və Rusiyanı birləşdirən ilk dəmir yolu körpüsü. Körpü Nijneleninskoye kəndi (Rusiya) ilə Tongjiang şəhərini (Çin, Heilongjiang vilayəti) birləşdirir. Tikinti 2014–2022-ci illərdə aparılmış, rəsmi açılış isə 16 noyabr 2022-ci ildə baş tutmuşdur.
Tarix Körpünün inşası üçün hazırlıq işləri 20 ildən çox davam etmişdir. Rusiya tərəfdə əsas tikinti 2016-cı ildə başlamış, Çin tərəfi isə daha əvvəl tamamlanmışdır. 2018-ci ildə iki hissə birləşdirilmiş, 2021-ci ilin avqustunda rels döşənməsi tamamlanmışdır. 2022-ci ilin aprelində Rusiya hissəsi tam hazır olmuş, 16 noyabr 2022-ci ildə körpü rəsmi açılışla istifadəyə verilmişdir.
Xüsusiyyətlər Uzunluğu – 7194 m (329 m Rusiyada, qalanı Çində) Hündürlüyü – 15 m (su səviyyəsindən) Konstruksiya – Ferma (çay üzərində) və balka (poyma üzərində) Rels ölçüsü – İkili: Rusiya (1520 mm) və Çin (1435 mm) Material – Polad və beton Yükdaşıma tutumu – İllik 21 milyon ton
Strateji əhəmiyyəti Körpü Rusiya ilə Çin arasında ilk dəmir yolu keçidi olaraq Amur çayı üzərində yeni ticarət dəhlizi yaradır. Bu dəhliz yükdaşımanı təxminən 700 km qısaldır, Rusiya ixracatçıları üçün daha sürətli və sərfəli logistika imkanı təmin edir. Əsas ixrac məhsulları: dəmir filizi, kömür, mineral gübrələr, taxta və digər sənaye mallarıdır.
İstinadlar
Kateqoriya:2019-cu ildə tikilmiş körpülər Kateqoriya:Rusiyanın dəmir yolu körpüləri Kateqoriya:Çinin dəmir yolu körpüləri Kateqoriya:2022-ci ildə tikilmiş körpülər Kateqoriya:Amur çayı üzərindəki körpülər