Olivye de Koranse () və ya əsl adı ilə Giyom Olivye (; ) — Fransa jurnalisti və naşiri.
Onun Şartr yaxınlığındakı kiçik Koranse kəndində (Ör və Luar departamenti) böyüdüyü və təxəllüsünü də məhz bu yaşayış məntəqəsinin adından götürdüyü ehtimal olunur. 1774-cü ildən etibarən Parisdə yaşamış, Jan-Jak Russo ilə məktublaşmışdır (Russonun musiqi sahəsindəki son əsəri olan "Dafnis və Xloya" operası Koransenin librettosu əsasında yazılmışdır).Dezobry et Bachelet, Dictionnaire de biographie, t. 1, Ch. Delagrave, 1876, p. 672. 1776-cı ildə qaynatası Jan Romiyi və daha iki həmkarı ilə birlikdə Fransada "Journal de Paris" adlanan ilk gündəlik qəzetin nəşri üçün kral patenti əldə etmişdir. Qəzetin ilk nömrəsi 1 yanvar 1777-ci il tarixində işıq üzü görmüşdür. Koranse qəzetin ən çox ədəbiyyat bölməsinə töhfə vermiş, həmçinin musiqi haqqında müntəzəm yazılar yazmışdır (xüsusilə məşhur "qlükistlər və piççinistlər müharibəsi" zamanı Kristof Villibald Qlükü dəstəkləyən bir sıra materiallar dərc etdirmişdir). O, 1799-cu ilə qədər nəşrin həmredaktoru və şərikli sahibi olaraq qalmışdır. Qəzetçilik fəaliyyəti ilə yanaşı, 1796-cı ildə bir şeir məcmusunu da işıq üzünə çıxarmışdır.
Əsərləri Daphnis et Chloé, pastorale, mise en musique par Rousseau, 1774. De Jean-Jacques Rousseau, Imprimerie du Journal de Paris, Paris, 1778. Poésies, suivies d'une notice sur Gluck et d'une autre sur J. J. Rousseau, Paris, 1796.
İstinadlar
Xarici keçidlər François MOUREAU, Nicole BRONDEL. Guillaume de CORANCEZ (1734—1810) // Dictionnaire des journalistes (1600—1789) Kateqoriya:Fransa jurnalistləri Kateqoriya:Fransa naşirləri