Klassenə görə sosial-mədəni təkamül — “zaman keçdikcə baş verən struktur yenidən təşkili prosesidir ki, nəticədə əvvəlki formadan keyfiyyətcə fərqlənən sosial forma və ya struktur yaranır” (Klassen 2000: 7). Sosial təkamülün xüsusi halı sosial inkişafdır. Ümumi sosial təkamül nəzəriyyəsinin əsasları Herbert Spenser tərəfindən, Çarlz Darvinin ümumi bioloji təkamül nəzəriyyəsini işləyib hazırlamasından əvvəl qoyulmuşdur.
thumb|Herbert Spenser
XIX əsrin əksər yanaşmaları və XX əsrin bəzi yanaşmaları bütövlükdə bəşəriyyətin təkamülünü tədqiq edərək müxtəlif cəmiyyətlərin ictimai inkişafın müxtəlif mərhələlərində olduğunu iddia edirlər. Sosial-mədəni sistemlərin inkişafını mərkəzə alan ümumi sosial təkamül nəzəriyyəsinin hazırlanması istiqamətində ən ardıcıl cəhd Talkott Parsons tərəfindən dünya tarixi nəzəriyyəsini də əhatə edən miqyasda həyata keçirilmişdir. XX əsrin sonrakı yanaşmalarının əksəriyyəti ayrı-ayrı cəmiyyətlərin dəyişmə prosesinə yönəlir və istiqamətlənmiş dəyişmə, yaxud sosial tərəqqi ideyasını rədd edir. Arxeoloqların və antropoloqların əksəriyyəti müasir sosial-mədəni təkamül nəzəriyyələri çərçivəsində işləyirlər. Sonuncular neoevolyusionizm, sosiobiologiya, modernləşmə nəzəriyyəsi və postindustrial cəmiyyət nəzəriyyəsini əhatə edir.
İstinadlar
Kateqoriya:Antropologiya Kateqoriya:Memetika Kateqoriya:Mədəniyyət konsepsiyaları Kateqoriya:Sosial təkamül Kateqoriya:Sosioloji nəzəriyyələr