Əbu Əmr Əşhəb ibn Əbdüləziz əl-Qeysi () və ya Əşhəb ibn Əbdüləziz (; ) — Maliki fəqihi.
Həyatı Əşhəb əl-Qeysi Qahirədə anadan olmuşdur.
Malik ibn Ənəs, Leys ibn Səd, İbn Vəhb, Süfyan ibn Uyeynə, Fudeyl ibn İyad və başqalarından hədis rəvayət etmişdir. Onun dinlədiyi hədis əsərlərinin sayı iyirmiyə yaxındır.
Səhnun, Yunus ibn Əbdüləla, Əbül-Qasım ibn Əbdülhəkəm, Əbu Abdullah ibn Əbdülhəkəm və başqaları ondan hədis və fiqh öyrənmişdir.
Əşhəb əl-Qeysi Qahirədə vəfat etmiş və Qarafədə dəfn edilmişdir.
Maliki məzhəbindəki yeri Əhli-Hədis məktəbinə mənsub olmasına baxmayaraq, Rəy sahəsində də öz məzhəbinin alimləri ilə müqayisədə olduqca bacarıqlı idi. Bəzən Malik ibn Ənəsin ictihadlarına zidd mövqelər qəbul etdiyinə görə o, mütləq və ya müqəyyəd müctəhid kimi qiymətləndirilmişdir.
Əşhəb əl-Qeysi, İbn əl-Qasımdan sonra Misirdə Malikilərin ən nüfuzlu fiqh aliminə çevrildi. Onun və İbn əl-Qasımın Malik ibn Ənəsə nisbətdə mövqeyi, Əbu Yusif və Məhəmməd ibn Həsən əş-Şeybaninin Əbu Hənifəyə nisbətdə tutduğu mövqe kimidir.
Məhəmməd ibn Abdullah ibn Əbdülhəkəm Əşhəb əl-Qeysinin fiqh sahəsində İbn əl-Qasımdan yüz dəfə üstün olduğunu iddia etmişdir. Lakin İbn Lübabə Əşhəb ibn əl-Qeysi ilə İbn Əbdülhəkəm arasındakı müəllim-şagird münasibətinə diqqət çəkərək bu qiymətləndirməni rədd etmişdir.
İbn Əbdülbərr isə İbn Əbdülhəkəmin İbn əl-Qasımdan da dərs aldığını qeyd edərək, onun hər iki alimi bir-biri ilə müqayisə edə biləcək qədər yaxından tanıdığını bildirmişdir.
Bununla yanaşı, Qazı İyad və Zəhəbi də bu müzakirəyə qoşularaq İbn Əbdülhəkəmin İbn əl-Qasımdan hədis dinlədiyi barədə məlumatı qəbul etməmişlər.
Rəvayət olunur ki, əş-Şafii Əşhəb əl-Qeysi haqqında belə demişdir:
Əşhəb əl-Qeysin fiqhi görüşləri həm sağlığında, həm də vəfatından sonra qələmə alınmış bütün Maliki fiqh əsərlərində sitat gətirilmiş və onlara istinad edilmişdir.
İstinadlar
Kateqoriya:Müctəhidlər