Cəmilə bint Asim əl-Ənsariyyə (; ) — Asim ibn Sabitin bacısı, Ömər ibn Xəttabın həyat yoldaşı və xanım səhabə.

Həyatı Künyəsi "Ümmü Asim"dir. Cəmilə adını ona Məhəmməd qoymuşdur.

Mədinəli Ənsara mənsub olan Cəmilə bint Sabit əl-Ənsariyyə, təqribən 629-cu (hicri 7-ci) ildə, Ömər ibn Xəttab ilə ailə qurmuşdur. Bu nikahdan Asim ibn Ömər dünyaya gəlmişdir.

Cəmilə bint Sabit əl-Ənsariyyə daha sonra Yezid ibn Əbdürrəhman ibn Cariyə ilə ailə qurmuşdur.

Mənbələrdə onun vəfat tarixi haqqında məlumatlara rast gəlinmir.

İstinadlar