Faksimile ( — "oxşarını et", "eynisini yarat") — hər hansı bir orijinal nəşrin, əlyazmanın, imzanın, rəsmin, çertyojun, qravüranın və ya monoqramın kağız və cild xüsusiyyətləri də daxil olmaqla, bütün qrafik elementlərini nöqtəsinə qədər dəqiqliklə təkrar edən nəşr növüdür. Dünya poliqrafiya tarixində bu tipli ilk nəşr 1808-ci ildə Münxen şəhərində işıq üzü görmüşdür. Həmin vaxt litoqrafiya (daşbasma) üsulu ilə alman dilində çap olunmuş yeganə nüsxə olan "Xristianların türklərə qarşı xəbərdarlığı" kitabının dəqiq faksimile surəti hazırlanmışdı.

Ukrayna nəşriyyat tarixində görkəmli şair Taras Şevçenkonun "Kiçik kitab" () və "Böyük kitab" () adlı əsərləri məhz bu üsulla — faksimile formasında nəşr edilmişdir.

Bəzən faksimile nəşrlər səhvən reprint nəşrlərlə eyniləşdirilir. Lakin reprint nəşrlər əsərin məzmununu olduğu kimi bərpa etsə də, orijinalın kağız fakturası, cild materialı, köhnəlmə izləri və digər fiziki-vizual xüsusiyyətlərini tam şəkildə hifz edib saxlamaq məqsədi güdmür.

İstinadlar

Kateqoriya:Kitab terminologiyası Kateqoriya:Kopyalama Kateqoriya:Miniatürlü əlyazmalar Kateqoriya:Muzeyşünaslıq