Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi — Azərbaycan Respublikasının Bosniya və Herseqovinada diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycanın rəsmi nümayəndəliyi olaraq Bosniya və Herseqovinaynan Azərbaycan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Bosniya və Herseqovinada təmsil edir.
Azərbaycan və Bosniya və Herseqovina əsas qlobal və regional təşkilatların, BMT və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvləridir. Hər iki ölkə ikitərəfli əməkdaşlığı və strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir və beynəlxalq arenada bir-birinin mövqelərini dəstəkləyir.
4 may 2022-ci ildən Azərbaycanın Bosniya və Herseqovinada fövqaladə və səlahiyyətli səfiri Vilayət Quliyevdir.
Haqqında
Diplomatik əlaqələri Bosniya və Herseqovina Azərbaycanın müstəqilliyini 9 fevral 1995-ci ildə tanımış, elə həmin gün iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi 14 iyun 2021-ci ildə təsis edilib.
Bosniya və Herseqovinanın Türkiyədəki səfirliyi eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur.
Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Azərbaycan — Bosniya və Herseqovina Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Bosniya və Herseqovina Parlamentində Azərbaycanla dostluq qrupu açılmışdır.
Viza Bosniya və Herseqovina Azərbaycan vətəndaşlarının vizasız daxil ola biləcəyi Avropa ölkələrindəndir. Azərbaycan vətəndaşları Bosniya və Herseqovinaya gedərkən burada 90 günə qədər vizasız qala bilərlər. Bosniya və Herseqovina vətəndaşları həmçinin Azərbaycana vizasız səyahət edə bilərlər.
Tələb olunan sənədlər Ən azı 3 ay müddətində etibarlı pasport Gediş-dönüş bileti Otel rezervasiyası və ya dəvətnamə Maliyyə imkanlarının sübutu (bank çıxarışı və s.) Səyahət sığortası (tövsiyə olunur, lakin məcburi deyil)
İstinadlar
Xarici keçidlər Ankara Büyükelçiliği Embassy of the Republic of Azerbaijan in Bosnia and Herzegovina
Kateqoriya:Bosniya və Herseqovina Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Bosniya və Herseqovinanın ikitərəfli əlaqələri Kateqoriya:Bosniya və Herseqovinanın xarici siyasəti Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri