Ayxan Süleymanlı () — Azərbaycan diplomatı, dövlət qulluqçusu. 2024-cü ildən Azərbaycanın Qazaxıstan Respublikasının Aktau şəhərində Baş konsulu.

Həyatı Ayxan Süleymanlı 9 aprel 1974-cü ildə, Naxçıvan şəhərində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan şəhəri Hüseyn Cavid adına 5 nömrəli orta məktəbə daxil olmuş, 1991-ci ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olmuş, 1996-cı ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. 2002–2005-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsində təhsil almış və fərqlənmə diplomu ilə məzun olmuşdur.

Əmək fəaliyyəti Ayxan Süleymanlı əmək fəaliyyətinə 22 yanvar 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin nəzdində Təmir-tikinti idarəsində kadr işləri üzrə inspektor kimi başlamışdır və 25 may 1997-ci ilədək həmin vəzifədə çalışmışdır. 3 iyun 1997-ci ildən 29 oktyabr 1997-ci ilədək Naxçıvan şəhəri 3 nömrəli Mənzil İstismar İdarəsində pasportist vəzifəsində işləmişdir. 29 oktyabr 1997-ci ildən 01 iyun 1998-ci ilədək Naxçıvan Muxtar Respublikası Konsulluq idarəsinin Konsulluqlarla və beynəlxalq təşkilatlarla iş şöbəsində referent vəzifəsində çalışmışdır. 9 yanvar 1999-cu ildən 25 may 2000-ci ilədək Naxçıvan Muxtar Respublikası Konsulluq idarəsinin Konsulluqlarla və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri olmuşdur. 25 may 2000-ci ildən 9 yanvar 2001-ci ilədək AR Naxçıvan Muxtar Respublikası Konsulluq şöbəsində şöbə müdiri əvəzi vəzifəsində çalışmışdır. 9 yanvar 2001-ci ildən 28 fevral 2003-cü ilədək AR Naxçıvan Muxtar Respublikası Konsulluq şöbəsinin müdiri olmuşdur. 28 fevral 2003-cü ildən 9 mart 2005-ci ilədək AR Naxçıvan Muxtar Respublikası Konsulluq idarəsinin rəisi vəzifəsində çalışmışdır. 7 mart 2005-ci ildə Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğuna Baş konsul təyin olunmuş və 4 may 2010-cu ilədək bu vəzifədə çalışmışdır. 4 may 2010-cu ildə həmin vəzifədən azad edilərək Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğuna Baş konsul təyin olunmuşdur və 12 iyul 2016-cı ilədək fəaliyyət göstərmişdir. 11 oktyabr 2016-cı ildən 22 fevral 2019-cu ilədək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Birinci Asiya idarəsinin rəis müavini vəzifəsində çalışmışdır. 22 fevral 2019-cu ildən 26 aprel 2021-ci ilədək Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəis müavini olmuşdur. 26 aprel 2021-ci ildən 10 noyabr 2022-ci ilədək Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi vəzifəsini icra etmişdir. 11 noyabr 2022-ci ildən 18 noyabr 2024-cü ilədək Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean ölkələri idarəsinin rəis müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2024-cü il tarixli 362 nömrəli sərəncamı ilə Azərbaycanın Qazaxıstan Respublikasının Aktau şəhərində Baş konsulu təyin edilmişdir.

Diplomatik rütbəsi 7 mart 2005-ci ildə Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmişdir.

Təltifləri 16 iyul 2014 — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Fəxri Əməkdaşı adı 10 aprel 2024 — Diplomatik xidmətdə səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilmişdir

İstinadlar

Kateqoriya:Yaşayan insanlar