Ayaz Adgözəl oğlu İlyasov (10 iyun 1991, Siyəzən) — azərbaycanlı jurnalist, radio redaktoru və müəllif. O, Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt kitabının müəllifidir.
Həyatı
Ayaz İlyasov 1991-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2009-cu ildə Siyəzən şəhər 3 nömrəli tam orta məktəbini bitirmişdir. 2013-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil almışdır.
2013-cü ildən televiziya və radio sahəsində fəaliyyət göstərir. 2018-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Radionun Proqram Direktorluğunda baş redaktor vəzifəsində çalışır.
Fəaliyyəti
Ayaz İlyasovun müəllifliyi ilə Məhəmməd Əmin Rəsulzadənin "Gəncliyə xitab" müraciəti işarət dilində çarx şəklində hazırlanaraq təqdim edilmişdir.
2022-ci ildən etibarən yayımlanan "Sakit Redaktor" podkastının müəllifidir.
2025-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt adlı kitabı nəşr edilmişdir. Nəşrdə “İstiqlal Bəyannaməsini kim qələmə alıb?”, “Milli Şura niyə ilk Azərbaycan parlamenti sayılmalıdır?”, “Azərbaycanın dövlət himni ilk dəfə nə vaxt səslənib?”, “Azərbaycanın Dövlət Gerbini kim yaradıb?”, “Kimlər İrəvanın verilməsinə etiraz etmişdilər?” kimi suallar, eləcə də bir çox digər mövzulara aid məlumatlar var.
Mükafatları
MEDİA Agentliyinin təşkil etdiyi "Fərdi jurnalist müsabiqəsi"nin dördqat qalibi. Polşa–Azərbaycan ədəbi əlaqələrinə həsr olunmuş müsabiqədə "Hisslərin dindirilməsi" əsərinə görə fərqlənmə diplomuna layiq görülmüşdür.
Əsərləri
Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt (2025)
İstinadlar