Ağ bayraq — atəşkəs, təslimiyyət və ya danışıqlar (müzakirə) aparmaq üçün istifadəsi beynəlxalq səviyyədə qəbul edilmiş bayraq. Beynəlxalq münasibətlərdə ağ bayraq hərbi əməliyyatların dayandırılması tələbi, danışıqlar təklifi və ya tərəflər arasında hərbi əsir mübadiləsi aparmaq istəyinin rəmzi kimi tanınır. Münaqişədə zəif tərəf tam və şərtsiz olaraq təslim olduğunu göstərmək üçün də ağ bayraq qaldırır. Bu rəmz müzakirəçinin (parlamentarinin) silahsız olduğunu və ünsiyyət yaratmaq istədiyini nümayiş etdirir.

Ağ bayraq açan şəxslərə atəş açmaq və bu bayraqdan hiylə (tələ) məqsədilə istifadə etmək qəti qadağandır. Ağ bayrağın qanunsuz olaraq aldatma vasitəsinə çevrilməsi, düşmənin qəfil hücumla qafil ovlanması və ya əksinə, ağ bayraq açaraq təslim olmaq istəyən əsgərlərin öldürülməsi halları tarixdə bir çox kəs qeydə alınmışdır. Ağ bayrağın rəsmi istifadə qaydaları 18 oktyabr 1907-ci il tarixli Quru müharibəsi qanun və adətlərinə dair Konvensiyanın 32-ci maddəsi (III fəsil, "Parlamentarilər haqqında") ilə hüquqi cəhətdən müəyyən edilmişdir.

Tarixi fərqli məna və istifadələri

Əməvilər Əməvilər 89 il (661–750) İslam dünyasını idarə etmiş və öz rəmzi rəngləri olaraq ağ bayraqdan istifadə etmişdirlər. Bu rəng həm Məhəmməd peyğəmbərin Bədrdəki ilk qələbəsini xatırladır, həm də onları qara bayraq altında çıxış edən Abbasilərdən fərqləndirirdi. Ağ rəng eyni zamanda panərəb rənglərindən biri hesab olunur.

Buddist və konfutsian ölkələr Buddizmdə ağ rəng matəm və kədər rəmzidir. Bunü görə buddizmin geniş yayıldığı bəzi Şərq ölkələrində ağ bayraqlar, dünyanın digər regionlarındakı qara bayraqlar ilə eyni (yas və matəm) mənanı daşıyır.

Minamoto klanı Yaponiyada Minamoto və Tayra klanları arasındakı qarşıdurma zamanı (1180–1185) Minamoto tərəfi ağ, Tayra tərəfi isə qırmızı bayraqlar altında döyüşürdü. Minamoto klanının qələbəsindən sonra onların ağ rəngi əsrlər boyu Yaponiyanın dövlət bayrağının əsasını təşkil etmişdir.

thumb|220px|right|1779-cu ildə Martinika döyüşündə ağ kral bayrağı daşıyan Fransa gəmisi

Fransa krallığı

Fransada "Köhnə rejim" () dövründə, XVII əsrin əvvəllərindən etibarən kral bayrağı tamamilə ağ qumaşdan ibarət idi. Bu bayrağın üzərinə bəzən georq zanbaqları (Fransa kral zanbağı) və ya Müqəddəs Ruh ordeninin nişanı həkk olunurdu.

Taliban Əfqanıstanı Əfqanıstandakı vətəndaş müharibəsi zamanı Taliban hərəkatı ağ bayrağı özünün əsas simvolu kimi qəbul etmişdi. Kabil 1996-cı ildə ələ keçirildikdən sonra Əfqanıstanın milli bayrağı inancın və hakimiyyətin saflığını simvolizə edən ağ bayraqla əvəz olunmuşdur. Daha sonra, 1997-ci ildə bu bayrağın üzərinə qara rənglə şəhadət kəlməsi yazılmışdır.

İstinadlar

Kateqoriya:Bayraq növləri Kateqoriya:Beynəlxalq təşkilatların bayraqları Kateqoriya:Müharibə qanunları Kateqoriya:Bayraqların siyahıları Kateqoriya:Ağ bayraqlar Kateqoriya:Ağ simvollar Kateqoriya:1899-cu ilin bayraqları