Süveyş əməliyatı və ya Birinci kanal əməliyyatı həmçinin Birinci Süveyş döyüşü () — 1915-ci il yanvarın 26-sı ilə fevralın 4-ü arasında Sinay yarımadasında baş vermiş döyüş. Bu əməliyyat Almaniya imperiyasının rəhbərlik etdiyi Osmanlı ordusu qüvvələrinin Britaniya imperiyasının nəzarətində olan Süveyş kanalını ələ keçirmək məqsədi ilə baş tutub. Hücum Fələstinin cənubundan Sinay yarımadasına doğöru Osmanlı qüvvələrinin irəliləməsi ilə başlayıb. Bu hücum Birinci Dünya müharibəsinin Sinay və Fələstin cəbhəsinin (1915–1918) yaradılması ilə nəticələnib.
Osmanlı qüvvələri Sinay yarımadasını keçməklə kanalı adlamağa nail oldu. Osmanlı qüvvələrinin əsas məqsədi Britaniya Misirini ələ keçirmək deyil, Süveyş kanalını zəbt etmək idi. Bu strateji baxımdan mühüm kanalın ələ keçirilməsi Britaniyanın Şərqi Afrika, Hindistan və Asiya ilə əlaqələrini kəsəcək, həmçinin Britaniya imperiyası qoşunlarının Aralıq dənizinə və Avropaya çatmasının qarşısını alacaqdı. Osmanlı hücumu təxminən 2 000 hərbçinin itirilməsi ilə uğursuzluqla nəticələndi.Bruce 2002, pp. 23–4Falls 1930 Vol. 1 pp. 46–50 Əməliyyatın başlanması və gedişi Misirin Britaniya tərəfindən işğalına qarşı çıxan ölkənin hakimi Xidiv II Abbas Hilmi Paşa müharibə başlayanda ölkədə deyildi. Britaniyalılar 18 dekabr 1914-cü ildə Protektorat elan etdikdən sonra II Abbas Hilmi Paşanı taxtdan saldılar və Şahzadə Hüseyn Kamili Misir Sultanı təyin etdilər.Falls 1930 Vol. 1 p. 17 Müharibənin nəticəsi hələ qeyri-müəyyən olduğu və döyüşlər davam etdiyi müddətdə əhali bu dəyişikliklərlə razılaşdı. Osmanlı ordularının səfərbər olunduğu 2 avqust 1914-cü ildən etibarən, Dəməşqdəki Osmanlı 4-cü Ordusuna komandanlıq edən briqada generalı Zəki Paşa, Suriya və Fələstinin baş komandanı Camal Paşanın dəstəyi ilə Süveyş kanalına hücum etməyi planlaşdırırdı.German and Ottoman sources in Falls 1930 Vol. 1 p. 34
İlk hərbi toqquşma noyabrın 20-də, "Bikaner Dəvə Korpusu"nun 20 nəfərlik patrulunun Qantaradan 20 mil (32 km) şərqdə, Bir ən-Nüssdə 200 bədəvinin hücumuna məruz qalması ilə baş verdi. "Bikaner Dəvə Korpusu" öz patrulunun yarıdan çoxunu itirdi. Dekabr ayına qədər Əl-Əriş Osmanlı qüvvələri tərəfindən tutuldu və Süveyş kanalının müdafiəsi təşkil olundu.Falls 1930 Vol. 1 p. 20 Müharibədən əvvəl, dəvəli qüvvələrin Osmanlı imperiyası ilə Misir sərhədinin mərkəzində və bir qədər cənubunda yerləşən Nəhli əldə saxlaya biləcəyinə dair bir təklif var idi. Süveyş kanalının qərb tərəfindəki bazalardan belə bir dəvəli qüvvəni təchiz etməyin çətinliyi nəzərə alınaraq, "Misirin şərq sərhədinin faktiki müdafiəsinin ən bariz xətti Süveyş kanalıdır" qərarı qəbul edildi.Falls 1930 Vol. 1 p. 24
1915-ci ilin yanvarında 20 minlik türk korpusu Sinay yarımadasını ələ keçirdi. Bundan sonra Almaniya-Osmanlı komandanlığında Süveyş kanalını zəbt etmək planı yarandı. Bu, Britaniya imperiyasına böyük bir zərbə vura və Antanta üçün çox ciddi nəticələrə səbəb ola bilərdi. İki türk diviziyası 1915-ci ilin yanvarında Süveyş üzərinə hücuma keçdi. Fransanın "Nyupor" (Nieuport) hidroplanları tərəfindən aparılan hava kəşfiyyatı osmanlıların Sinaydakı hərəkətini izləməyə imkan verirdi. Vəziyyətin bütün ciddiliyini anlayan İngiltərə komandanlığı kanalın ələ keçirilməsinin qarşısını almaq məqsədilə təcili surətdə Süveyş kanalı bölgəsindəki qüvvələrini artırmağa başladı. Misirə, həmçinin İngiltərənin dominionlarının — Avstraliya, Yeni Zelandiya və Britaniya Hindistanının qoşunları da gəldi. İngilis-fransızların kanalda müxtəlif hərbi gəmiləri, o cümlədən çox güclü artilleriya ilə təchiz olunmuş üç zirehli gəmisi var idi.Erickson 2001, p. 69Falls 1930 Vol. 1 p. 34
Yanvarın 25-də Osmanlı qoşunları kanaldan 15 kilometr aralıda yerləşən Qataib əl-Xeyləyə yaxınlaşdı. Yanvarın 29-da 2 000 türk Əl-Qantara yaxınlığındakı Qatiyaya çatdı. Mərkəzi kalonun canlı qüvvəsi 19 000 nəfərə qədər artırıldı və ona Fərdanə ilə Əl-İsmailiyyəyə təhlükə törətməyə başlayan 10-cu diviziya qoşuldu. Fevralın 2-nə keçən gecə, güclü qum fırtınasından sonra 25-ci Osmanlı diviziyasının hissələri barjalarla kanalı keçməyə cəhd etdi, lakin şiddətli atəşə məruz qaldı. Britaniya qoşunlarına öz atəşi ilə donanma da dəstək verirdi. Tussum yaxınlığında türklər geri otuzduruldu. Lakin onların 74-cü alayı bir müddətlik iki bölüyü kanalın Afrika sahili tərəfinə keçirməyə nail oldu.
Fevralın 3-ü axşam Camal Paşa 10-cu diviziyanı döyüşə daxil etməkdən imtina etdi və Beer-Şevaya doğru geri çəkilmək əmri verdi. O, yaydığı əmrdə bu əməliyyatın gələcək hücum məqsədilə həyata keçirilən sadə bir kəşfiyyat xarakterli yürüş olduğunu və uğurla başa çatdığını bildirdi. Osmanlıların geri çəkilməsi fevralın 4-də baş tutdu, bu zaman britaniyalılar düşməni təqib etməyə cəhd göstərmədilər.Erickson 2001, p. 70Carver 2003, p. 8
Nəticəsi
Süveyş kanalı uğrunda gedən döyüşdə Britaniya qoşunları 22 nəfər itki verdi, türk korpusu isə təxminən 1 500 nəfər itirdi. Süveyş kanalını ələ keçirmək planlarının iflasa uğraması ilə eyni vaxtda, türklər Afrikaya daxil olmaq və müsəlman əhalini Antantaya qarşı mübarizəyə qaldırmaq ümidlərini də itirdilər. Britaniya Baş Qərargahı Almaniya və Osmanlı tərəfinin itkilərini 2 000-dən çox qiymətləndirirdi, Britaniyanın itkiləri isə 32 ölü və 130 yaralıdan ibarət idi. Osmanlı Süveyş Ekspedisiya Qüvvələri, 716-sı əsir düşməklə, təxminən 1 500 nəfər itki verdi. Qoşun Süveyş kanalına çatdıqda artıq öz təchizat xətlərinin sonuna gəlmişdi. Bu "məcburi kəşfiyyat" 4-cü Ordunun Qərargahına növbəti yürüşləri hansı çətinliklərin gözlədiyini göstərdi.Falls 1930 Vol. 1 pp. 48–9
Britaniyanın Osmanlı qüvvələrinə qarşı əks-hücuma keçmək fürsətindən yararlanmaq mümkün olmadı. Baxmayaraq ki, həmin vaxt Misirdə 70 000 qoşun var idi, onlardan yalnız Hindistan piyada briqadaları yüksək hazırlıqlı idi və böyük bir qüvvəni Süveyş kanalından sürətlə keçirmək üçün lazım olan infrastruktur mövcud deyildi. Əldə olan yeganə süvari qüvvə İmperiya Xidmət Süvari Briqadası və "Bikaner Dəvə Korpusu"nun səkkiz bölüyü idi, lakin onlar da Süveyş kanalının müdafiə xətti boyu paylanmışdı və Osmanlı piyadalarının üç diviziyasına hücum edib onları əsir götürmək üçün daha böyük bir qüvvəni cəmləşdirə bilmirdi.Erickson 2001, p. 71Wavell 1968, pp. 33–4Bruce 2002, pp. 26–7
Osmanlı ordusu Sinay yarımadasında, Əl-Əriş və Nəhl arasındakı xətt üzərində, həmçinin Qəzza və Beer-Şevada olan qüvvələri ilə ön dəstələrini və zastavalarını saxlamaqda davam edirdi. Camal Paşanın alman qərargah rəisi Fridrix Freyherr Kress fon Kressenşteyn Süveyş kanalındakı hərəkəti pozmaq məqsədilə bir sıra reydlər və hücumlar təşkil etmək üçün mobil bölmələrə komandanlıq edirdi. Sentyabrın 21-nə qədər Beer-Şeva ətrafında 30 000 qoşun toplanmışdı.Falls 1930 Vol. 1 p. 54
Martın əvvəlində general Con Maksvellə Aralıq dənizi Ekspedisiya Qüvvələrinin tərkibində Çanaqqala əməliyyatı üçün təxminən 30 000 avstraliyalı və yeni zelandiyalıdan ibarət qüvvə hazırlamaq tapşırıldı. 25 aprel 1915-ci ildə Çanaqqalaya qoşun çıxarılması ilə Çanaqqala döyüşüləri başladı və bu kampaniya ərzində Misir ən yaxın əsas baza kimi döyüşlərə dəstək verdi.Bruce 2002, pp. 26–7ATASE Arşivi, K. 531, D. 2076, F. 38, 38-1, 38-2, 38-3; ATASE Arşivi, K. 162, D. 713, F. 20, 20-1, 23 Kanun-õ sâni 1330 (5 Şubat 1915)A. Fuad Erden, Suriye hatıraları., p. 48-50Stanford J. Shaw Ottoman Empire in the first world war C.2 p.1615BOA.HR.SYS.02434.00071.002 (Ottoman archives)Kuşçubaşı eşref - Benjamin C.FortnaTuğgeneral Şükrü Mahmut Nedim, *Filistin Savaşı (1914-1918)*, p. 14
Bu basqının uğursuzluğundan sonra Osmanlı ordusunun döyüş ruhu kəskin şəkildə düşdü, qarşıya qoyulan məqsədlərin heç birinə nail olunmamışdı. Camal Paşa və fon Kressenştayn kanalı keçdikdən sonra Misir millətçilərinin üsyana qalxacağına ümid edirdilər. Lakin bu ümidlər doğrulmadı. Onlar artıq Misirdəki yeni Britaniya qüvvələrindən də xəbərdar idilər. Osmanlının əldə etdiyi yeganə qazanc o oldu ki, əhəmiyyətli sayda Britaniya qoşunu Avropa cəbhəsindən Yaxın Şərqə yönləndirilməli oldu və bu, əsas kampaniya üçün hazırlıqların başlanğıcını qoydu.Von Krressentein, Türklerle Birlikte Süveyş kanalına p.62
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Australian Light Horse Studies Centre Suez 1915
Kateqoriya:Almaniyanın döyüşləri Kateqoriya:Fransanın döyüşləri Kateqoriya:Birləşmiş Krallığın döyüşləri Kateqoriya:Osmanlı imperiyasının döyüşləri Kateqoriya:Fələstin tarixi Kateqoriya:Misirin hərb tarixi Kateqoriya:Türkiyə tarixi Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:Birləşmiş Krallığın müharibələri Kateqoriya:Süveyş kanalı Kateqoriya:Birinci Dünya müharibəsi döyüşləri Kateqoriya:Birinci Dünya müharibəsində Orta Şərq cəbhəsi