Ömər (; ) — Ömər ibn Xəttab haqqında çəkilmiş seriyalı film.
Ümumi məlumat Seriyal İslamın ikinci xəlifəsi Ömər ibn Xəttabın həyatını əks etdirir. Hadisələr onun gəncliyindən başlayır, müsəlman olmasını, İslamın yayılmasındakı rolunu və xəlifə olduğu dövrü əhatə edir.
Seriyal 2012-ci ildə ərəb dilində istehsal edilmişdir. Filmin ssenari müəllifi Vəlid Seyf, rejissoru isə Hətəm Əlidir. Bir seriyanın vaxtı 45 dəqiqədir. Seriyal türk və indoneziya dillərinə tərcümə edilmişdir.
Aktyorlar Seriyalda 90-dan çox aktyor müxtəlif tarixi şəxsiyyətləri canlandırmışdır. Əsas rolları Samir İsmayıl (Ömər ibn Xəttab), Qəssan Məsud (Əbu Bəkr), Mehyar Xəddur (Xalid ibn Vəlid) və digər aktyorlar ifa etmişdir.
Tənqidlər Seriyalla bağlı fikir bildirən Səudiyyə alimləri, Məhəmmədin və xəlifələrin filmdə təsvir edilməsinin dini baxımdan icazəli olmadığını bildirmişlər.
İslam dünyasında fətva məsələləri üzrə nüfuz sahibi olan əl-Əzhərin İslam Araşdırmaları Mərkəzinin adından açıqlama verən Əhməd əl-Xətib filmin yayımlanmasına qarşı olduqlarını bəyan etmişdir.
Əhməd əl-Xətib, islam peyğəmbəri Məhəmmədə və onun səhabələrinə hörmət göstərilməsinin vacibliyini vurğulayaraq, filmlərdə bu məsələyə xüsusi diqqət yetirilməsinin zəruri olduğunu qeyd etmişdir.
Misirli bir vəkil isə "Ömər" seriyalında Ömər ibn Xəttabın canlandırılmasının dini baxımdan icazəli olmadığını əsas gətirərək məhkəməyə müraciət etmişdir.
Seriyaları Serial 1 mövsüm və 31 seriyadan ibarətdir:
Ömər – Gənc Ömər. Ömər – İslamın yayılmasının başlanğıcı. Ömər – Əbu Ləhəb və "əl-Məsəd" surəsi. Ömər – Əbu Hüzeyfənin böyük açıqlaması. Ömər – Məkkədə müsəlmanların çətinlikləri və sınaqları. Ömər – Bilal ibn Rəbah. Ömər – Həbəşistana hicrət: ilk hicrət. Ömər – Ömərin İslamı qəbul etməsi. Ömər – Müsəlmanların Məkkədən sürgün edilməsi və digər çətinliklər. Ömər – Mədinəyə (Yəsribə) hicrət. Ömər – Bədr döyüşü. Ömər – Qüreyşin müsəlmanlara qarşı ikinci döyüş planı. Ömər – Ühüd döyüşü. Ömər – Xəndək döyüşü. Ömər – İlk həcc. Ömər – Məkkənin fəthi. Ömər – Məhəmməd peyğəmbərin (s) vəfatı. Ömər – İslamın ilk xəlifəsi Əbu Bəkr (r). Ömər – Səcahın ortaya çıxması və Riddə müharibələri. Ömər – Yəmamə döyüşü. Ömər – Fars imperiyasının fəthi. Ömər – Əbu Bəkrin vəfatı. Ömər – Yərmuk döyüşü. Ömər – Şam bölgəsinin (Biladüş-Şam) fəthi. Ömər – Ömərin xilafəti. Ömər – Dəməşqin mühasirəsi. Ömər – Qadisiyyə döyüşü (Sasanilərə qarşı). Ömər – Qüdsün mühasirəsi. Ömər – Quraqlıq və aclıq ili. Ömər – Taun epidemiyası və Misirin fəthi. Ömər – Final seriya.
İstinadlar
Kateqoriya:Tarixi teleseriallar