Əbu Səid İbrahim ibn Təhman ibn Şöbə əl-Hərəvi (; ) — tabiin və ya təbəüt-tabiin nəslinə mənsub mühəddis, fəqih və kəlamçı.
Həyatı 699-cu ildən sonra Heratın Başan kəndində anadan olduğu güman edilir. Mərv, İraq və Hicaz bölgələrinə səfər edərək Səmmak ibn Hərb, Sabit əl-Burhani, İbn əl-Mötəmir, Əbu İshaq əs-Səbii, Asim ibn Bəhdələ, Əməş və Şöbə ibn Həccac kimi tabiin alimlərindən hədis öyrənmişdir.
Həcc səfəri zamanı yolüstü Bağdada gəldikdə orada hədis rəvayət etmişdir. Ömrünün son illərində Məkkədə məskunlaşmışdır. Səfvan ibn Süleym, oğlu Əbdülxaliq ibn İbrahim, Abdullah ibn Mübarək, Vəki ibn Cərrah, Əbdürrəhman ibn Mehdi, Süfyan ibn Üyəynə və İbn Səllam əl-Cüməhi kimi alimlər ondan elm almışlar.
Ehtimal ki, Hicazdan qayıdarkən Kufədə ziyarət etdiyi Əbu Hənifyə Malik ibn Ənəsin hədislərini imla etdirmişdir.
İbrahim ibn Təhmən, mənbələrin əksəriyyətinə görə 780-ci ildə, bəzi mənbələrə görə isə 784–785-ci illərdə Məkkədə vəfat etmişdir. Onun 775-ci və ya 777-ci ildə vəfat etdiyi də rəvayət edilmişdir.
Əsərləri Onun dövrümüzə qədər gəlib çatmış yeganə əsəri "Məşyəxatü İbrahim ibn Təhman"dır.
Mənbələrdə qeyd olunur ki, İbrahim ibn Təhmən etibarlı (siqa) və zəif ravilər haqqında "əl-Mədxəl" adlı iki ayrı əsər qələmə almışdır. Bundan əlavə, onun "Kitabül-Mənaqib", "Kitabül-İdeyn" və "Kitabüt-Təfsir" adlı əsərlərinin də olduğu bildirilir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:İslam alimləri