Tofiq Əhməd oğlu Məmmədov (12 may 1928, Poylu, Qazax rayonu – 1998) — geologiya-mineralogiya elmləri doktoru, professor.

Həyatı Tofiq Əhməd oğlu Məmmədov 12 may 1928-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-geoloqu ixtisası üzrə bitirmişdir.

İnstitutu bitirdikdən sonra həmin ali məktəbin "Paleontologiya, tarixi geologiya və SSRİ-nin geologiyası" kafedrasında assistent vəzifəsində çalışmışdır. Naxçıvan Muxtar Respublikası ərazisində geoloji tədqiqatlar aparmışdır.

1958-ci ildə "Naxçıvanın stratiqrafiyası və Eosen çöküntülərinin nummulit faunası" mövzusunda namizədlik, 1967-ci ildə isə "Azərbaycanın Eosen çöküntülərinin nummulitləri və orbitoidləri və onların stratiqrafik əhəmiyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1969-cu ildə professor elmi adı almışdır.

1973-cü ildən ömrünün sonunadək Azərbaycan Neft və Kimya İnstitutunun "Ümumi, tarixi geologiya və hidrogeologiya" kafedrasının müdiri olmuşdur.

Elmi fəaliyyəti Tofiq Məmmədovun elmi tədqiqatları regional geologiya, paleocoğrafiya, fasiyalar, tektonika, Paleogen sisteminin çöküntüləri və üzvi aləmin öyrənilməsinə həsr olunmuşdur.

O, ilk dəfə Kiçik Qafqazın mərkəzi hissəsinin Gec Təbaşir nummulitlərinin primitiv əcdadlarını və Kiçik Qafqazın şimal-şərq ətəklərinin Gec Paleosen–Erkən Eosen nummulitlərini təsvir etmişdir.

150-dən çox elmi əsərin müəllifidir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu

Kateqoriya:1998-ci ildə vəfat edənlər Kateqoriya:Qazax rayonunda doğulanlar Kateqoriya:Azərbaycan geoloqları Kateqoriya:Azərbaycan paleontoloqları Kateqoriya:Geologiya-mineralogiya elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları