Mariya Maksimilyanovna Romanovskaya ( ) — Loyxtenberq hersoqu Maksimilyan de Boharnenin qızı, Baden şahzadəsi.
1841-ci ildə Sankt-Peterburqdakı Qış sarayında dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Maksimilyan de Boharne, anası isə rus çarı I Nikolayın qızı Mariya Nikolayevnadır. Atasının fransız-alman əsilli olmasına baxmayaraq, Mariya və bacı-qardaşları pravoslav məzhəbinə uyğun təlim-tərbiyə edildi. Bu çar Nikolayın qoyduğu evlilik şərtlərindən biri idi. 1852-ci ildə atası vəfat etdi və anası Mariya Nikolayevna 2 il sonra başqasıyla evləndi. Ancaq onun bu evliliyi Çar Nikolaydan gizlədildi. Babasının ölümü və dayısı II Aleksandrın taxta çıxmasından sonra da qəbul edilməyən bu evlilik səbəbilə, anası Mariya Nikolayevna övladlarını geridə qoyaraq Rusiyadan sürgün edildi. Mariya və bacı-qardaşları isə Çar Aleksandr və Çariça Mariya Aleksandrovnanın himayəsinə verildi.
11 fevral 1863-cü ildə doğulduğu Qış sarayındakı Böyük kilsədə Böyük Baden hersoqu I Leopoldun oğlu Vilhelmlə evləndirildi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.
Badenli Mariya (1865-1939) Badenli Maksimilyan (1867-1929)
Evləndikdən sonra daha çox Almaniyada yaşayan cütlük nadir hallarda Rusiyaya səyahət etdi. Ərinin 1897-ci ildə ölümünün ardından bir daha evlənmədi. 1914-cü ildə Sankt-Peterburq səyahəti əsnasında vəfat etdi. Cənazəsi Badenə aparıldı və orada dəfn olundu.
Mənbə
Ədəbiyyat
Radzinsky, Edvard (2005). Alexander II, The Last Great Tsar. New York: Free Press. p. 177. ISBN 978-0-7432-7332-9 Lincoln, Abraham (1953). The Collected Works of Abraham Lincoln, Volume 6. New York: H. Wolff Book Manufacturing Company. p. 171. ISBN 1-4344-7697-9 Vassili, Paul (December 2009). Behind the Veil at the Russian Court. Read Books Design. p. 127. ISBN 9781444689693 Allinson, A.R. (2006). The War Diary of the Emperor Frederick III - 1870 - 1871. Home Farm Books. ISBN 1-4067-9995-5
İstinadlar
Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Leyxtenberqlilər