Külüng dağı ( — Kūh-e Kolang Gaz Lā) — İranın İsfahan əyalətindəki Zaqros dağlarında, təxminən məsafədə Nətənz nüvə kompleksinin cənubunda yerləşən yüksəklik. İran, ölkənin nüvə proqramı ilə əlaqəli olduğu düşünülən dağın dərinliyində yeraltı bir qurğu qazır. ABŞ prezidenti Donald Tramp 2026-cı il İran müharibəsi zamanı dəfələrlə oraya hücum etməklə hədələdikdə, bu ərazi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

Adı Dağın farsca adı olan Kūh-e Kolang Qaz Lā, hərfi mənada "külüng dağı" deməkdir və Qərb mediasında və analitik hesabatlarda ingiliscə "Pickaxe" adını istifadə edirlər. Bu ad İranda qeyd olunan ərazi üçün rəsmi və ya geniş istifadə olunan ad deyil."What is Pickaxe Mountain? The suspected Iranian nuclear site Trump says is in US crosshairs". The National. 15 July 2026. Archived from the original on 18 July 2026. Retrieved 22 July 2026."What Is Iran's Secretive Pickaxe Mountain?". Radio Free Europe/Radio Liberty. 2026. Archived from the original on 22 July 2026. Retrieved 22 July 2026.

Yerləşmə və geologiya Külüng dağı Zaqros silsiləsində, təxminən dərinlikdə, İsfahan əyalətindəki "Nətənz" uran zənginləşdirmə kompleksinin cənubunda yerləşir. Onun yerüstü sahəsi təxminən bir kvadrat kilometr dağ yamacını əhatə edir. Ətrafdakı çöküntü silsiləsinin əksəriyyətindən fərqli olaraq, dağ sərt, sıx qranitdən ibarətdir və bu da onun altında qazılmış istənilən tunel işinə əhəmiyyətli dərəcədə təbii müdafiə təmin edir."What is Pickaxe Mountain? The suspected Iranian nuclear site Trump says is in US crosshairs". The National. 15 July 2026. Archived from the original on 18 July 2026. Retrieved 22 July 2026.

Yeraltı qurğu 2020-ci ildə Nətənz yaxınlığında baş verən partlayışlardan sonra İranın Atom Enerjisi Təşkilatının ovaxtkı rəhbəri Əli Əkbər Salehi İranın Nətənz yaxınlığındakı bir dağın içərisində "daha müasir, geniş və əhatəli" bir obyekt tikəcəyini bildirmişdi. Peyk görüntülərinə əsasən, Külüng dağında qazıntı işləri 2020-ci ilin payızında başlayıb və 2021-ci ildə vüsət alıb."What is Pickaxe Mountain? The suspected Iranian nuclear site Trump says is in US crosshairs". The National. 15 July 2026. Archived from the original on 18 July 2026. Retrieved 22 July 2026.

İran bu ərazinin "qabaqcıl sentrifuqaların istehsalı və yığılması" üçün nəzərdə tutulduğunu bildirsə də, müfəttişlərə ərazinin məqsədini yoxlamaq üçün tam giriş imkanı verilməyib. Bəzi şərhçilər bunun əvəzinə zənginləşdirilmiş uranın təhlükəsiz saxlanması və ya gizli zənginləşdirilməsi üçün istifadə edilə biləcəyi ehtimalını irəli sürüblər. Onların fikrincə əsas zalların çox dərinlikdə — qranitin altında yerləşir və kompleksə biri şərqdə, digəri isə qərbdə qazılmış iki cüt tunel girişi var.

2026-cı ilin ortalarına olan məlumata görə, peyk təhlili obyektin hələ fəaliyyətdə olmadığını, lakin tikintinin davam etdiyini göstərdi"What to Know About Pickaxe Mountain". Institute for Science and International Security. 2026. Archived from the original on 22 July 2026. Retrieved 22 July 2026."What is Pickaxe Mountain? The suspected Iranian nuclear site Trump says is in US crosshairs". The National. 15 July 2026. Archived from the original on 18 July 2026. Retrieved 22 July 2026."After U. S. strikes, Iran increases work at mysterious underground site". The Washington Post. 26 September 2025. Archived from the original on 22 July 2026. Retrieved 22 July 2026.

2026-cı il təhdidləri Külüng dağı 2025-ci ilin iyun ayında və 2026-cı ildə İranın nüvə obyektlərinə edilən əvvəlki zərbələr zamanı zədə almayıb

2026-cı ilin iyul ayında, 2026-cı il İran müharibəsi zamanı Tramp dəfələrlə qeyd etmişdi ki, ABŞ bu ərazini hədəf alacaq və əraziyə "tezliklə" və "çox güclü" zərbələr endiriləcək."What is Pickaxe Mountain? The suspected Iranian nuclear site Trump says is in US crosshairs". The National. 15 July 2026. Archived from the original on 18 July 2026. Retrieved 22 July 2026. Hərbi ekspertlər ağırlığında olan ABŞ arsenalındakı ən böyük bunkerdağıdan — "GBU-57" kod adlı Nəhəng Sursatdağıdıcı Qurğusunun belə Külüng dağındakı dərinlikdə və qranitin altında tikilmiş bir obyekti məhv edə bilməsinə şübhə ilə yanaşırlar.

21 iyul 2026-cı ildə İsrail kəşfiyyat rəsmiləri İranın zənginləşdirilmiş uranının bir hissəsini əraziyə köçürmüş ola biləcəyini qiymətləndirib. İran rəsmiləri bu obyektə hücuma qarşı xəbərdarlıq ediblər; Parlament spikerinin müşaviri Mehdi Məhəmmədi Külüng dağını "dünyanın ən möhkəmləndirilmiş nüvə obyekti" adlandıraraq, ona edilən zərbənin "bölgəni cəhənnəmə çevirəcəyi" barədə xəbərdarlıq edib."What Is Iran's Secretive Pickaxe Mountain?". Radio Free Europe/Radio Liberty. 2026. Archived from the original on 22 July 2026. Retrieved 22 July 2026.

Həmçinin baxın İranın nüvə proqramı

İstinadlar

Kateqoriya:Zaqros dağları