Çarlz Eduard Luiz Con Silvester Mariya Kazimir Stüart (; ) — Yakobit kralı Ceyms Fransisk Eduard Stüartın oğlu, Yakobit taxt hüququnun iddiaçılarından biri.
1720-ci ildə Romada dünyaya gəldi. Atası İngiltərə, Şotlandiya və İrlandiya kralı II Ceymsin oğlu, Uels şahzadəsi Ceyms Fransisk Eduard Stüart, anası isə Polşa kralı III Yan Sobieskinin nəvəsi Mariya Klementina Sobieskadır. Doğulduğu gün Roma papası XI Klement tərəfindən vəftiz edildi. Uşaqlıq illəri Roma və Bolonyadakı ailə mülklərində, bir-biriylə durmadan dalaşan valideynləriylə keçdi. Hətta qardaşının doğumundan qısa müddət sonra anası Mariya Klementina yeni doğulan Henrini də yanına alaraq sarayı tərk etdi və bir monastıra qapanaraq 2 il orada yaşadı.
İngilis, fransız və italyan dili dərsləri aldı. 1734-cü ildə hələ 13 yaşında ikən Neapol taxt-tacı uğrunda hərbi əməliyyata hazırlaşan Don Karlosun ordusuna qatıldı. Ancaq həmin ilin sonlarında Romaya geri döndü və bir neçə ay sonra anasının vəfatıyla sarsıldı. Atası onu 1737-ci ildə İtalyan şəhər-dövlətlərinə səyahətə göndərdi. Genuya, Florensiya, Parma, Bolonya və Venesiyada qaldı. Ancaq getdiyi bu yerlərdə Hannoverlərlə münasibətləri qorumaq istədikləri üçün onu Yakobit vəliəhdi kimi qarşılamadılar.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:XVIII əsr Birləşmiş Krallıq şəxsləri