Şahzadə Adolf Frederik (; ) — Britaniya və İrlandiya kralı III Georqun oğlu, Kembric hersoqu.
1774-cü ildə Bukingem sarayında dünyaya gəldi. Atası Britaniya və İrlandiya kralı III Georq, anası isə Meklenburq-Strelitzli Şarlottadır. 24 martda Sent-Ceyms sarayında vəftiz edildi. Ənənəvi saray təlim-tərbiyəsi aldı. Ardından 1786-cı ildə qardaşları Şahzadə Ernest və Avqustla birlikdə Göttingen Universitetinə təhsilə yollandı.
1789–1803-cü illərdə Hannover ordusunda hərbi xidmətdə oldu. 24 noyabr 1801-ci ildə Kembric hersoqu ünvanı aldı. 7 may 1818-ci ildə Kasseldə Hesse-Kasselli Frederikin qızı Avqusta Vilhelmina ilə evləndi. Seçilən gəlin namizədi eyni zamanda II Georqun qızı Şahzadə Mariyanın nəvəsi idi. Cütlüyün ikinci toy mərasimi 1 iyunda Bukingem sarayında baş tutdu. Cütlüyün bu nikahdan 3 övladı doğuldu.
Georq (1819–1904) Avqusta (1822–1916) Mariya Adelayd (1833–1897)
1816-cı ildə Hannover krallığı üzrə kral naibi təyin edildi və 1837-ci ilədək bu vəzifədə qaldı. 1850-ci ildə Londonda vəfat etdi. Cənazəsi başqa yerə dəfn edilsə də, 1930-cu ildə qalıqları Vindzor qalasındakı Müqəddəs Corc kilsəsinə daşındı.
Mənbə
Ədəbiyyat Naftel, W. D. (2005). Prince Edward's Legacy: The Duke of Kent in Halifax: Romance and Beautiful Buildings. Halifax, Nova Scotia: Formac Publishing. ISBN 978-0-88780-648-3
İstinadlar Kateqoriya:Birləşmiş Krallıq şahzadələri Kateqoriya:XIX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XVIII əsr Birləşmiş Krallıq şəxsləri