Fidan Qurbanlı (17 noyabr 2010) — Azərbaycanlı bədii gimnastdır. Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir.

Karyerası

Yeniyetmələr 2024-cü ildə Fidan Qurbanlı 2024 Bədii Gimnastika üzrə Avropa Kubokunda Bakıda iştirak edib və komanda yoldaşları ilə birlikdə komanda yarışında 5-ci yeri tutub. May ayında Budapeştdə keçirilən Avropa Çempionatında Şəms Ağahüseynova, Gövhər İbrahimova və İlahə Bahadırova ilə birlikdə komanda yarışında bürünc medal qazanıb.

2025-ci ildə 3-cü Bədii Gimnastika üzrə Avropa Kubokunda Burqasda iştirak edib və gürzlərlə hərəkətlər üzrə finalda gümüş medal qazanıb. İyun ayında Bolqarıstanın Sofiya şəhərində keçirilən 2025-ci il Yeniyetmələr arasında Dünya Çempionatında Azərbaycanı təmsil edib və gürzlərlə hərəkətlər üzrə finalda 4-cü yeri tutub.

Böyüklər Fidan Qurbanlı 2026-cı ildən böyüklər kateqoriyasında çıxış etməyə başlayıb. 3–5 aprel tarixlərində Bakıda keçirilən AGF Trophy beynəlxalq turnirində böyüklər arasında debüt edib və topla hərəkətlər üzrə finalda gümüş medal, komanda yarışında isə bürünc medal qazanıb. 10–12 aprel tarixlərində Daşkənd Dünya Kubokunda debüt edib və çoxnövçülük yarışında 38-ci yeri tutub.

İstinadlar