Faiq Həmzəağa oğlu Məmmədov— Azərbaycan hərbçisi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı. DSX Mərkəzi Aparatının rəhbəri.
Hərbi xidməti Faiq Məmmədov hərbi xidmətinə Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında davam edib. O, uzun müddət həmin qoşunların Bakı yaxınlığında yerləşən hərbi hissələrindən komandirlik edib. 2013-cü ilin noyabrında Müdafiə Nazirliyində xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətində xidmətini aviasiya sahəsində davam etdirib. F.Məmmədov DSX-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, DSX-də Baş idarə rəisi vəzifəsini tutub. 2024-cü ilin oktyabrında Dövlət Sərhəd Xidməti Akademiyasının rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. Daha sonra bu vəzifədən azad olunub. 2025-ci ilin noyabrında DSX rəisi, general-polkovnik Elçin Quliyevin müşaviri təyin olunub.2026-cı ilin fevralında Faiq Məmmədov Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri təyin edilib.
Hərbi rütbələri 17 avqust 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Faiq Həmzəağa oğlu Məmmədova general-mayor ali hərbi rütbəsi verilib.
17 avqust 2026-cı ildə isə Prezidentin sərəncamı ilə Faiq Məmmədova general-leytenant ali hərbi rütbəsi verilib.
Təltifləri Faiq Məmmədov müxtəlif illərdə dövlət təltiflərinə layiq görülüb. 2008-ci ildə — “Hərbi xidmətlərə görə” medalı 2014-cü ildə — “Vətən uğrunda” medalı. 2016-cı ildə — “İgidliyə görə” medalı 2020-ci ildə — 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni. 2024-cü ildə — 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni.
Həmçinin bax
Dövlət Sərhəd Xidməti (Azərbaycan) Azərbaycan Silahlı Qüvvələri
İstinadlar
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Dövlət Sərhəd Xidmətinin generalları Kateqoriya:Azərbaycanın general-leytenantları Kateqoriya:Azərbaycan hərbçiləri