Mahizər Hacıyeva (1918, Şuşa – 1995) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye nazirinin müavini (1976–1979)
Həyatı Mahizər Hacıyeva 1918-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1937-ci ildə Moskva Tekstil Texnikumunu bitirmişdir. Mahizər Hacıyeva 1947-ci ildə Stalin repressiyasının qurbanı olmuşdur. 1956-cı ildə amnistiyaya düşərək tam bəraət qazanmış və Azərbaycana qayıdaraq istehsalatdakı fəaliyyətini bərpa etmişdir.
Mahizər Hacıyeva 1995-ci ildə Bakıda vəfat etmişdir.
Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1937-ci ildə başlayan Mahizər Hacıyeva müxtəlif illərdə yüngül sənaye sahəsində cavabdeh və rəhbər vəzifələrdə çalışmışdır: 1937–1938 — "Azərtrikotaj" fabrikində texnik-texnoloq; 1938–1941 — "Azərtrikotaj" fabrikinin Staxanovçular məktəbinin direktoru; 1941–1942 — Trikotaj atelyesinin direktoru; 1942–1943 — "Qızıl Ulduz" kombinatının baş mühəndisi, "Azərbaycan Fərdi Tikiş" fabrikinin direktoru; 1946–1947 — Azərbaycan BKŞR Yüngül Sənaye Şöbəsində müdir müavini və fabrikin direktoru; 1956–1957 — Dəriqalantereya fabrikinin baş mühəndisi; 1957–1965 — Yüngül Sənaye İdarəsinin tikiş-trikotaj şöbəsinin rəisi; 1965–1973 — Tikiş-trikotaj sənayesi idarəsinin rəisi; 1973–1976 — Volodarski adına "Qırmızı Əmək Bayrağı" ordenli tikiş fabrikinin direktoru; 1976–1979 — Azərbaycan SSR yüngül sənaye nazirinin müavini. Bundan əlavə, o, Azərbaycan Yüngül Sənaye Nazirliyi Trikotaj Sənayesi Şöbəsinin rəisi vəzifəsində də çalışmışdır.
Repressiya illəri Sürgün illərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur: 1949–1953 — Qazaxıstan SSR Baykadan kənd orta məktəbində müəllim; 1953–1956 — Özbəkistan SSR Marqelan şəhərində orta məktəbdə və texnikumda müəllim.
Təltif və mükafatları SSRİ Yüngül Sənaye Nazirliyinin Fəxri fərmanı Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanları "Əmək veteranı" adı.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Stalin repressiyaları
Kateqoriya:1918-ci ildə doğulanlar Kateqoriya:1995-ci ildə vəfat edənlər Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər