Yüngül sənaye — əhalini parçalar, geyim, ayaqqabı və digər istehlak malları ilə təmin edən sənaye sahələridir. Bu qrupa daxildir: pambıq parça istehsalı, ipək parça istehsalı, kətan trikotaj, ayaqqabı, dəri malları, paltarlar. Bu sahə məhsulların istehsalı və emalı ilə bağlıdır və əsasən xammaldan yüksək əlavə dəyər yaradır. Yüngül sənaye məhsulları gündəlik həyatda geniş istifadə olunur. Bu sektorun inkişafı iqtisadiyyatın şaxələndirilməsi və məşğulluğun artırılması üçün vacibdir.

Xüsusiyyətləri Yüngül sənaye iqtisadi və coğraf baxımdan müxtəli xüsusiyyətlərə və yerləşmə amillərinə malikdir. Yerləşdirmə sahələrinə olan tələbləri müəyyən edən yüngül sənayenin ən mühüm xüsusiyyətlərinə aşağıdakılar daxildir: - yüksək əmək intensivliyi və əsasən qadın əməyinin is adəsi - müəssisələrin nisbətən kiçik olması və nadir xüsusi müəssisələrdə zavodların ərazi yerləşdirilməsinin mümkünlüyü - aşağı su, enerji və yanacaq intensivliyi - yerləşdirmə sahələrində bir çox sənaye sahələri ilə geniş qarşılıqlı əlaqə imkanı.

Azərbaycanda yüngül sənaye Azərbaycanda yüngül sənayenin inkişa müxtəli növ yerli xammal bazasının mövcudluğuna, hazır toxuculuq məhsullarına eh yaca, hazır xammalın idxalına əsaslanır. Azərbaycan tarixən çoxlu miqdarda pambıq və ipəkqurdunun becərildiyi, dəri və yun məmulatlarının istehsal edildiyi ölkə olub.Azərbaycanin yüngül sənaye sahəsində innovasiya infrastrukturunun yeri və rolu

Onların əsasında ölkədə yuxarıda sadalanan sənaye sahələrinin sənaye müəssisələri yaradıldı. XIX əsrin sonlarında Azərbaycanda pambıq və ipək sənaye üsulu ilə emal olunurdu. V. Y.Varzarin Sankt-Peterburqda nəşr olunan “Rusiya Federasiyasının zavod və abriklərinin siyahısı” nəşrində qeyd edirdi ki, 1908-ci ildə Azərbaycanda o dövr üçün 16 iri pambıqtəmizləyən və 93 ipək emalı sənayesi müəssisəsi əaliyyət göstərirdi. Onlar əsasən xammalın ilkin emalı ilə məşğul olurdular.

Sənətkarlıq və məişət müəssisələri milli parça məmulatları (kəlağay və s.) və müxtəli dəri məmulatları istehsal edirdilər. 1913-cü ilin məlumatlarına görə, Azərbaycanda 64 min tona qədər xam pambıq istehsal olunurdu. Həmin ildə Hacı Zeynalabdin Tağıyevin Bakıdakı toxuculuq abriki 14 milyon m2 parça istehsal etmişdir.

Yerli xammaldan hazır məhsul istehsalına 20-ci əsrin 30-cu illərində Bakı, Gəncə, Mingəçevirdə yerləşən toxuculuq müəssisələrində başlanmış, 100 milyon m2 pambıq parça istehsal edilmişdir. Müxtəli illərdə Bakı və Gəncədəki yun parça abrikində 12-16 milyon m2, Şəki İpək Kombina nda 30 milyon m2 ipək parça, Bakı və Xankəndidəki abriklərdə, müəssisələrdə 23 milyon cüt ayaqqabı istehsal edilmişdir. Bakıda, Gəncədə, Qubada, Qazaxda və digər mərkəzlərdə 4000 m2 xalça və kilim, bir çox ərazilərdə, əsasən Bakıda yerləşən müəssisələrdə çoxlu üst və alt trikotaj, corab və üst geyimlər mövcuddur.Müstəqilliyin ilkin dövründə nəzarət olmadığından iq sadiyya n digər sahələri kimi yüngül sənaye müəssisələri də əaliyyə ni dayandırmışdı. Hazırda bu sənayenin bir çox müəssisələrində məhsulu ildən-ilə artan müasir yeni texnologiyalardan is adə etməklə bərpa olunmuş istehsal həyata keçirir.

İstinadlar

Həmçinin bax Toxuculuq

Kateqoriya:iqtisadiyyat Kateqoriya:Yüngül sənaye