Meklenburq-Şverinli Karl Avqust Kristian (; ) — ilk Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransiskin oğlu.

2 iyul 1782-ci ildə Ludviqslustda dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransisk, anası isə Saksen-Qota-Altenburq hersoqu II Fridrixin nəvəsi Şahzadə Luizadır. Atasının 1785-ci ildə taxta çıxmasının ardından taxt sıralamsında üçüncü yeri tutdu. 8 yanvar 1789-cu ildə Lübek kafedralı ruhani heyətinin üzvü idi və bu səbəblə heç vaxt evlənmədi. Böyük qardaşı vəliəhd-şahzadə Fridrix Lüdovikin rus çarı I Pavelin qızı Yelena Pavlovna ilə evlənməsinin ardından 1800-cü ildə rus ordusunda xidmət etməyə başladı. 1805-ci ildə general-mayor rütbəsinə yüksəldi və Smolenskdəki hərbi alayın başına gətirildi. Ertəsi il general-leytenant rütbəsinə yüksəldi və Prussiya istiqamətinə göndərildi. 1807-ci ildə burada döyüş meydanında yaralandı və Tilzit sülhündən sonra Rusiyaya döndü. 1811-ci ildə Osmanlı ilə davam edən müharibə səbəbilə cəbhəyə yollandı. Borodino və Leypsiq döyüşlərində qatıldı və Napoleon Bonaparta qarşı vuruşdu. Onun məğlub edilib sürgün edilməsindən sonra ordudakı xidmətindən geri çəkildi və Almaniyaya döndü.

Osmanlı cəbhəsində vuruşduğu əsnada indiki Bolqarıstanın Loveç şəhərindən 7 yaşlı yetim bir uşağı övladlığa aldı. Karl Qustav Yanoş adını verdiyi bu uşağın təlim-tərbiyəsi ilə məşğul oldu.

22 may 1833-cü ildə Ludviqslustda vəfat etdi.

Mənbə

Ədəbiyyat

Wolfgang Prange: Verzeichnis der Domherren. In: Ders.: Bischof und Domkapitel zu Lübeck: Hochstift, Fürstentum und Landesteil 1160-1937. Lübeck: Schmidt-Römhild 2014 ISBN 978-3-7950-5215-7 Kateqoriya:Almanlar