Badenli Amaliya Kristina Karolina (; ) — ilk Böyük Baden hersoqu Karl Fridrixin qızı, Fürstenberq şahzadəsi.
26 yanvar 1795-ci ildə Karlsruedə dünyaya gəldi. Atası Vahid Baden markqrafı Karl Fridrix, anası isə onun ikinci xanımı Qeyersberq baronası Luiza Karolinadır. Ancaq atasının bu ikinci evliliyi monarxial deyildi və bu səbəblə, doğulan övladları taxt mirasından məhrum edilmişdi. 4 oktyabr 1817-ci ildə ögey qardaşı oğlu I Karl tərəfindən verilən qərarla, doğma bacı-qardaşlarına Baden şahzadəsi ünvanı verildi və monarx ailəsinə qəbul edildilər.
19 aprel 1818-ci ildə Fürstenberq şahzadəsi II Çarlz Eqonla evləndi. Cütlüyün bu nigahdan 7 övladı doğuldu.
Mariya Yelizaveta (1819-1897) III Karl Eqon (1820-1892) Mariya Amaliya (1821-1899) I Maksimilyan Eqon (1822-1873) Mariya Henretta (1823-1834) Emil Eqon (1825-1899) Paulina Vilhelmina (1829-1900)
1854-cü ildə ərinin vəfatından sonra vətənə qayıtdı. 14 sentyabr 1869-cu ildə Karlsruedə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Philipp Roeder von Diersburg (Hrsg.): Denkwürdigkeiten des Generals der Infanterie Markgrafen Wilhelm von Baden aus den Feldzügen von 1809 bis 1815. Karlsruhe 1864 Digitalisat C. Zeller: Landwirthschaftliche Beschreibung der Guts-Wirtschaften Sr. Hoheit des Herrn Markgrafen Wilhelm von Baden, Herzogs von Zähringen etc. zu Rothenfels im Murgthale und Augustenberg bei Durlach. Karlsruhe 1838. Google-Digitalisat Friedrich von Weech: Badische Biographien. Heidelberg 1875, Erster Theil, S. 27–28 Digitalisat der BLB Karlsruhe
İstinadlar
Kateqoriya:XIX əsr Almaniya şəxsləri