Battenberq ailəsi (; ) — 1918-ci ilədək Böyük Hesse hersoqluğunda hakimiyyətdə olan Hessen-Darmştadt sülaləsinin yan qolu.
Ailənin ilk üzvü Böyük Hesse hersoqu III Lüdovikin qardaşı şahzadə Aleksandrın xanımı qrafinya Culya von Hakdır. Belə ki, çar I Nikolayın etirazlarına baxmayaraq cütlük 1851-ci ildə gizlicə Vrotslavda evləndi. Bu evlilik monarxial deyildi və qardaşı III Lüdovik tərəfindən rəsmi olaraq tanınmadı. Buna baxmayaraq cütlüyün Hessendə yaşamasına icazə verdi. Yeni gəlinə Battenberq qrafinyası, 1858-ci ildən sonra isə şahzadə ünvanı verildi.
1917-ci ildə ailənin bir çox üzvü Britaniyada yaşamaqda idi və Birinci Dünya müharibəsi boyunca artan alman düşmənliyi səbəbilə öz alman titul/ünvanlarından imtina etdilər. Battenberq adının ingiliscələşmiş versiyası olan Mauntbetten soyadını aldılar. Buna baxmayaraq, İspaniya kraliçası Battenberqli Viktoriya Yevgeniyanın oğlu Barselona qrafı Xuan 1993-cü ildəki vəfatınadək Battenberq soyadını qorudu.
Ailənin yaşca ən kiçik övladı olan şahzadə Fransisk Jozef və xanımı Monteneqrolu Anna da ölümünədək Battenberq soyadını daşıdılar. Ancaq cütlüyün övladı olmadığı üçün bu soyad davam etmədi.
Ailənin mənşəyi Ailənin ilk üzvləri Hesseli Aleksandr Lüdviq və xanımı qrafinya Culya von Hakdır.
Aleksandr Lüdviq, Böyük Hesse hersoqu II Lüdovikin və Badenli Vilhelminanın ən kiçik oğludur. Ata şəcərəsi Böyük Hesse hersoq ailəsinə, ana şəcərəsi isə Böyük Baden hersoq ailəsinə əsaslanır. Ancaq gəzən saray şayələrinə görə onun atası Hersoginya Vilhelminanın eşq yaşadığı saray katibi baron Avqust von Senarklens idi. Buna baxmayaraq bütün övladlar II Lüdovik tərəfindən tanındı və öz övladı kimi qəbul edildi.
Qrafinya Culya von Hak isə çar ordusunun generallarından polyak əsilli zadəgan qraf Moris von Hakın qızıdır. Cütlüyün 1851-ci ildə bağlanan nigahı monarxial deyildi. Bu səbəblə, ilk başda III Lüdovik tərəfindən tanınmadı. Ancaq çox keçmədən ona və soyundan gələcək övladlara Battenberq soyadı verildi. Monarxial ünvanı 1851-ci ildə Battenberq qrafinyası (), 1858-ci ildə isə Battenberq şahzadəsi () oldu. Ailənin Böyük Hesse hersoqluğunda taxt haqqı olmasa da, hersoq ailəsinin yan qolu kimi qlobal arenada tanındı.
Ailə üzvləri
Culya von Hak (1825-1895) Mariya (1852-1923) Lüdovik (1854-1921), 1917-ci ildə öz ünvanlarından və soyadından imtina etdi. 1884-cü ildə əmisi oğlu Böyük Hesse hersoqu IV Lüdovikin qızı şahzadə Viktoriya ilə evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi. Alisa Battenberq (1885-1969), 1917-ci ildə öz ünvanlarından və soyadından imtina etdi. Luiza Battenberq (1889-1965), 1917-ci ildə öz ünvanlarından və soyadından imtina etdi. Georq Battenberq (1892-1938), 1917-ci ildə öz ünvanlarından və soyadından imtina etdi. Luiz Battenberq (1900-1979), 1917-ci ildə öz ünvanlarından və soyadından imtina etdi. Aleksandr (1857-1893), 1879-cu ildə Bolqar knyazı seçilsə də, 1886-cı ildə taxtdan endirildi. Övladları taxtını itirdikdən sonra doğulduğu üçün Battenberq soyadını daşımadılar. Assen (1890-1965) Svetlana (1893-1935) Henri (1858-1896), 1885-ci ildə Kraliça Viktoriyanın qızı şahzadə Beatrislə evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi. Aleksandr Battenberq (1886-1960), 1917-ci ildə öz ünvanlarından və soyadından imtina etdi. Viktoriya Yevgeniya Battenberq (1887-1969) Leopold Battenberq (1889-1922), 1917-ci ildə öz ünvanlarından və soyadından imtina etdi. Mauris Battenberq (1891-1914) Fransisk Jozef (1861-1924)
Mənbə
Ədəbiyyat
Hans-Joachim Böttcher: Prinz Alexander von Battenberg, 1857-1893, Im Strudel europäischer Politik und des Herzens. Gabriele Schäfer Verlag, Herne 2021, ISBN 978-3-944487-84-7. Eckhart G. Franz: Das Haus Hessen. Eine europäische Familie. Kohlhammer, Stuttgart 2005, ISBN 3-17-018919-0, S. 164–170 (Urban-Taschenbücher 606), (mit Stammtafel auf S. 167). Lupold von Lehsten: Prinz Alexander von Hessen und die „Battenbergerei“. In: Bernd Heidenreich/Eckhart G. Franz (Hrsg.): Kronen, Kriege, Künste. Das Haus Hessen im 19. und 20. Jahrhundert. Societas-Verlag, Frankfurt/Main 2009, S. 119–140. Ludwig Lotzenius: Geschichte der hessischen Ämter Battenberg und Wetter. Bearb. von Matthias Seim. Geschichtsverein Battenberg in Verb. mit dem Geschichtsverein Wetter, Battenberg 2013. Martin Trageser: Die Mountbattens. Eine Familie im Zentrum europäischer Geschichte. Königshausen u. Neumann, Würzburg 2021, ISBN 978-3-8260-7274-1.