Polşa-kazak-tatar müharibəsi — 1666-cı ildən 1671-ci ilə qədər Ukraynada Reç Pospolita ilə Osmanlı imperiyası (əslində Kazak hetmanlığı və Krım xanlığı arasında) arasında baş verən hərbi münaqişə idi. Bu, 1654-1667-ci illər Rusiya-Polşa müharibəsinin nəticələrindən biri idi və 1672-1676-cı illər Polşa-Türkiyə müharibəsinə müqəddimə rolunu oynadı. Ön tarixçə 1657-ci ildə başlayan vətəndaş müharibəsi nəticəsində Ukrayna 1660-cı ildə faktiki olaraq iki hissəyə bölündü: Rusiya dövlətinin bir hissəsi olan Solsahil Ukraynası və Reç Pospolitaya tabe olan Sağsahil Ukraynası. 1663-cü ildə hetman Yuri Hmelnitski (formal olaraq bütün kazakların hetmanı, lakin əslində onun hakimiyyəti yalnız Sağsahildə tanınırdı) taxtdan imtina etdi və Reç Pospolitanın tərəfdarı olan Pavel Teterya Sağsahildə onun yerinə seçildi; İvan Bryuxovetski Solsahil hetmanı oldu. Peyotr Doroşenko Teteryanın vaxtında Sağsahil ordusunun generalı yasaul oldu. Bryuxovetski tərəfindən məğlub edilən Teterya Ukraynadan qaçdıqdan sonra Doroşenko 1665-ci ildə Sağsahil hetmanı seçildi. Müharibənin başlanğıcı 1666-cı ildə bütün Ukraynanı öz hakimiyyəti altında birləşdirməyə çalışan Doroşenko özünü Osmanlı imperiyasının vassalı elan etdi və kalqay Dövlət Gireyin komandanlığı altında 20-30.000 tatar onun köməyinə gəldi. 19 dekabr 1666-cı ildə birləşmiş tatar-kazak qüvvələri Brailov döyüşündə polkovnik Sebastian Maxovskinin rəhbərliyindəki əsas ordusunu məğlub etdi. 30 yanvar (9 fevral) 1667-ci ildə Reç Pospolita Rusiya ilə Andrusovo barışıq müqaviləsi imzaladı və tamamilə kazaklar və tatarlara qarşı mübarizəyə diqqət cəmlədi.
Tac qrafı Yan Sobieski Podolye və Lyublin bölgəsi əhalisini müdafiəyə hazırlamağa başladı. Onun əvvəlcədən gördüyü kimi, 1667-ci ilin yazında Dövlət Girey rəhbərliyi altında 16-20.000 tatar və Doroşenkonun rəhbərliyi altında 15.000 kazak Çervon Rusiyaya hücum etdi. İllərlə davam edən müharibədən zəifləmiş Reç Pospolita kömək göstərə bilmədi və Yan Sobieski yerli resurslara güvənməyə məcbur oldu. O, 15.000 nəfər (qarnizonlar və şəxsi qoşunlar da daxil olmaqla) toplaya bildi. Provoslav rusinlər olsalar da, tatar talanı təhlükəsi altında Doroşenkonun kazaklarına qarşı döyüşməyə hazır olan kəndlilər də silahlanmışdı.
Özündən üstün düşmənə qarşı durmaq üçün Sobieski qüvvələrini böldü, gözlənilən tatar hücum yolları boyunca qarnizonları gücləndirdi, özü isə 3000 qoşunla Kamenets-Podolski yaxınlığında mövqe tutdu. Bu taktika uğurlu oldu və tatarlar hər yerdə müqavimətlə qarşılaşdılar və ciddi itkilər verdilər. Seçdikləri hərəkət yolunun uğur gətirmədiyini görən kazaklar və tatarlar birləşərək Lvova doğru hərəkət etdilər. Sobeski onların qarşısını kəsdi və Podqaytsı yaxınlığında on gün davam edən döyüşdən sonra kalqya Dövlət Girey onunla “əbədi sülh” müqaviləsi imzaladı. Lakin bu “əbədi sülh” əslində yalnız atəşkəs oldu. Ədəbiyyat siyahısı Наталія Яковенко, Нарис історії України з найдавніших часів до кінця XVIII ст. Розділ V. Козацька ера. § 2. Руїна (1658—1686) — Андрусівське розполовинення Смолій В. А., Степанков В. М. Українська національна революція XVII ст. (1648—1676 рр.). — (Сер. Україна крізь віки) Т.7. — К.: Альтернативи, 1999. — 352 с. ISBN 966-7217-26-4 Дмитро Дорошенко Нарис історії України 1966 Видавництво «Дніпрова хвиля» — Мюнхен/«ГЛОБУС» КИЇВ 1992 Том 2, розділ 4 Літопис Самовидця. видання підготував Я. І. Дзира. — Київ: «Наукова думка», 1971. — 208 с Літопис гадяцького полковника Григорія Грабянки / Пер. із староукр. — К.: Т-во «Знання» України, 1992, — 192 с. Величко С. В. Літопис. Т. 1. / Пер. з книжної української мови, вст. стаття, комент. В. О. Шевчука; Відп. ред. О. В. Мишанич. — К.: Дніпро, 1991. — 371 с.; Літопис. Т. 2. / Пер. з книжної української мови, комент. В. О. Шевчука; Відп. ред. О. В. Мишанич. — К.: Дніпро, 1991. — 642 с. Mała Encyklopedia Wojskowa, 1967, Wydanie I Paweł Jasienica «Rzeczpospolita Obojga Narodów — Calamitatis Regnum», ISBN 83-06-01093-0 Leszek Podhorodecki, «Chanat Krymski i jego stosunki z Polską w XV-XVIIIw.», Warszawa 1987, ISBN 83-05-11618-2 Leszek Podhorodecki, «Wazowie w Polsce», Warszawa 1985, ISBN 83-205-3639-1 Kateqoriya:1660-cı illər Kateqoriya:1670-ci illər Kateqoriya:Krım xanlığının müharibələri Kateqoriya:Reç Pospolitanın müharibələri Kateqoriya:Krım xanlığının müharibələri