Antonio Luiş Santuş da Koşta (17 iyul 1961) — 2024-cü ildən Avropa Şurasının sədri vəzifəsini icra edən portuqaliyalı hüquqşünas və siyasətçi. O, daha əvvəl 2015–2024-cü illərdə Portuqaliyanın baş naziri, 2014–2024-cü illərdə Sosialist Partiyasının baş katibi vəzifəsini icra edib.Biografia António Luís Santos da Costa

Lissabonda anadan olmuş Koşta 1995–1997-ci illərdə Parlament məsələləri üzrə dövlət katibi, 1997–1999-cu illərdə Parlament məsələləri üzrə nazir, 1999–2002-ci illərdə Ədliyyə naziri, 2005–2007-ci illərdə Daxili işlər naziri, 2007–2015-ci illərdə Lissabonun meri vəzifələrində çalışıb.

Koşta 2014-cü ildə Sosialist Partiyasının baş katibi seçilmişdir. O, həm də Portuqaliya demokratiyası tarixində hökumət vəzifələrində ən uzun müddət çalışan siyasətçi və XXI-ci əsrdə Pireney yarımadasının istənilən ölkə lideri arasında ən uzun müddət hakimiyyətdə qalan şəxsdir.

2024-cü ilin dekabrında Koşta Avropa İttifaqının Prezidenti vəzifəsinə seçildi.

Erkən illəri və təhsili Antonio Koşta Lissabonda anadan olub. O, yazıçı və Portuqaliya Kommunist Partiyasının görkəmli siması olan Orlando da KoştanınPortugal PM Antonio Costa: Indian connection of 'Gandhi of Lisbon' who won polls again və Portuqaliyada ilk qadın jurnalist Mariya Antoniya Pallanın oğludur.Sibila Publicações | Biografia de Maria Antónia Palla Əslən hindistanlı olan Koşta Hindistan vətəndaşlığına malikdir. Kosta 1980-ci ildə Lissabon Universitetinin Hüquq fakültəsini bitirib. Elə həmin dövrdə Sosialist Partiyasını təmsil edən Bələdiyyə məclisi üzvü seçilərək siyasi karyerasına başlamışdır. O, 1987-ci ildə hərbi xidmətini başa vurmuş"António Costa" və özünü tamamilə siyasətə həsr etməzdən əvvəl, 1988-ci ildən başlayaraq, bir müddət hüquqşünas kimi fəaliyyət göstərmişdir.

Siyasi karyerası Antonio Koşta 1975-ci ildə, 14 yaşında Sosialist Gənclər təşkilatına qoşulub. 1982-ci, 1985-ci və 1989-cu illərdə keçirilən Bələdiyyə seçkilərində Koşta Lissabon Bələdiyyə məclisinə üzv seçilib."António Costa – Primeiro-Ministro". 1991-ci ildə keçirilən parlament seçkilərindən sonra Koşta Lissabon seçki dairəsini təmsil edərək Respublika Assambleyasına deputat seçilib.

1993-cü il yerli seçkilərində Koşta Lissabonun ətrafındakı Lureş bələdiyyəsindən mer vəzifəsinə namizəd göstərildi."António Costa candidato em Loures". RTP Kosta bu seçkilərdə az fərqlə məğlub oldu.Autárquicas: Costa relembra candidatura a Loures em 1993 para dizer que PS cumpriu o que “faltava cumprir”

1996-cı il prezident seçkiləri zamanı Antonio Koşta Respublika Prezidenti vəzifəsinə namizəd olan Jorxe Sampayonun seçki kampaniyasını idarə etmişdir. Koştanın hökumətdə tutduğu ilk vəzifə Baş nazir Antoniu Quterreşin kabinetində (1997–1999) parlamentlə əlaqələr naziri vəzifəsi olmuşdur. Quterreşin ikinci səlahiyyət müddəti ərzində, 1999-cu ildən 2002-ci ilə qədər, Koşta Ədliyyə naziri kimi fəaliyyət göstərmişdir.Portuguese Socialist leader Costa candidate for PM Bundan əlavə, Kosta Lissabonda "Expo '98" sərgisinin təşkilinə rəhbərlik etmişdir.

2002-ci il Parlament seçkilərində Koşta Leyriya dairəsini təmsil edərək parlamentə seçildi və Sosialist Partiyasının seçkilərdə məğlubiyyətindən sonra partiyanın parlamentdəki müxalifət lideri oldu.

Koşta Avropa Sosialistləri Partiyası daxilində Sosialist Partiyasını təmsil edərək Avropa Parlamentinin üzvü kimi fəaliyyət göstərmiş və ilkin olaraq siyahıda birinci yeri tutan namizəd Antoniu de Souza Frankonun vəfatından sonra 2004-cü il Avropa Parlamenti seçkilərində partiyanın siyahısına başçılıq etmişdir. 20 iyul 2004-cü ildə o, Avropa Parlamentinin 14 vitse-prezidentindən biri seçilmişdir. O, həmçinin Vətəndaş Azadlıqları, Ədliyyə və Daxili İşlər Komitəsində fəaliyyət göstərmişdir."6th parliamentary term – António COSTA – MEPs – European Parliament". Koşta Avropa Sosialistləri Partiyası koalisiyasının üzvü olaraq qalmışdır. "Leadership". Party of European Socialists.

Koşta 2005-ci ildə keçirilən ümummilli seçkilərdən sonra Dövlət və Daxili İşlər Naziri vəzifəsini tutmaq üçün 11 mart 2005-ci ildə Avropa Parlamentinin üzvlüyündən istefa etdi. "Mais de um terço do Executivo de Costa esteve nos governos de Sócrates"

Lissabon meri Antonio Koşta 2007-ci ilin mayında Portuqaliyanın paytaxtı Lissabon şəhərinin Bələdiyyə seçkilərində partiyasının namizədi olmaq məqsədilə bütün hökumət vəzifələrindən istefa verdi. O, 15 iyul 2007-ci ildə Lissabonun meri seçildi və sonrakı seçkilərdə, 2009 və 2013-cü illərdə, hər dəfə daha böyük səs çoxluğu ilə yenidən bu vəzifəyə seçildi. 2015-ci ilin aprelində, artıq Sosialist Partiyasının Baş katibi və partiyanın baş nazirliyə namizədi olduğu bir vaxtda o, 2015-ci ilin oktyabrında keçiriləcək ümumi seçkilərə hazırlıq kampaniyası ilə məşğul olmaq üçün mer vəzifəsindən istefa etdi.Portugal gets Antonio Costa as new PM after election winner only lasted 11 days

Baş nazirliyə namizəd 2014-cü ilin sentyabrında Sosialist Partiyası Kоştanı 2015-ci ildə keçiriləcək ümummilli seçkilərdə Portuqaliyanın baş naziri vəzifəsinə öz namizədi kimi seçdi."Governo de Portugal". Səsvermədə səslərin təxminən 70 %-ni qazanaraq, o, nəticələr açıqlandıqdan sonra istefasını elan edən partiya lideri Antonio Joze Sequrunu məğlub etdi.Portugal opposition Socialists choose mayor of Lisbon as candidate for PM in next year's election 2015-ci ilin aprel ayına qədər o, kampaniyasına diqqət yetirmək üçün mer vəzifəsindən istefa etdi.

Seçki kampaniyası zamanı Koşta sərt qənaət tədbirlərini yumşaltmağı vəd etdi.Portugal election race still in dead heat, no majority win. O, büdcə kəsirini azaltmaq məqsədilə gəlirlərin, məşğulluğun və iqtisadi artımın stimullaşdırılmasını, eyni zamanda sərt qənaət tədbirlərindən imtina edilməsini və orta təbəqə ilə aztəminatlı ailələr üçün vergilərin azaldılmasını təklif etdi. O, bunu Avrozonaya yaxınlaşma meyarlarına uyğun olaraq kəsirin azaldılmasına imkan verəcəyi ilə əsaslandırdı.Portuguese PM and Socialist opponent clash over austerity as election nears Bundan əlavə, o, dövlət qulluqçuları üçün müəyyən imtiyazları bərpa edəcəyinə söz verdi.

Portuqaliyanın Baş naziri Birinci müddət (2015–2019) 4 oktyabr 2015-ci ildə 2011-ci ildən bəri hakimiyyətdə olan mühafizəkar "Portuqaliya İrəli" koalisiyası seçkilərdə qalib gəldi, Sosialist Partiyası isə ikinci yeri tutdu. Bundan qısa müddət sonra Passos Koelyo yenidən Baş nazir təyin edildi. Lakin Antonio Koşta parlamentdə çoxluğu təmin edən digər partiyalarla ittifaq quraraq 10 noyabrda hökuməti istefaya məcbur etdi. Mühafizəkar hökumətin süqutundan sonra Prezident Kavako Silva 24 noyabrda Koştanı Portuqaliyanın yeni Baş naziri təyin etdi və o, 26 noyabrda vəzifəsinin icrasına başladı.Portugal gets Antonio Costa as new PM after election winner only lasted 11 days 2017-ci il yerli seçkilərində Koşta Portuqaliyadakı mövqeyini daha da möhkəmləndirdi.As Europe left struggles, Portugal's alliance wins over voters and Brussels

İkinci müddət (2019–2022) Kоştanın ikinci hökuməti 26 oktyabr 2019-cu fəaliyyətə başladı.Apertos de mão e papéis assinados. A tomada de posse do Governo em imagens Bu, Portuqaliya demokratiyası tarixində ən böyük hökumət oldu.

Üçüncü müddət (2022–2024) Koşta Portuqaliyanın 2022-ci ildə keçirilən parlament seçkilərindən sonra yenidən Baş nazir seçildi. Sosialist Partiyası parlamentdə mütləq çoxluğu əldə etdi. Qələbə çıxışında Koşta seçicilərə ona "daha böyük məsuliyyət" həvalə etdikləri üçün təşəkkür etdi və "bütün portuqaliyalılarla birlikdə və onlar naminə" idarəçilik aparacağına söz verdi. "Portugal elections explained". Bu, ona Portuqaliyanın XXIII-cü Konstitusiya Hökumətini formalaşdırmaq səlahiyyəti verdi.Portugal election: Socialists win unexpected majority Kostanın üçüncü səlahiyyət müddəti ərzində Portuqaliyanın Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edildi. Portugal Koşta Portuqaliyanın demokratik dövründə ən uzun müddət vəzifədə qalan Baş naziri oldu.

Avropa İttifaqının Prezidenti 2024-cü ildə keçirilən Avropa Parlamenti seçkilərindən sonra Koşta Avropa İttifaqı Prezidenti vəzifəsinə əsas namizəd hesab olunurdu. 2024-cü ilin iyununda o, Avropa İttifaqının sədri seçildi və bu vəzifəni tutan ilk Sosialistlər və Demokratlar qrupunun üzvü oldu. O, vəzifəsinin icrasına 1 dekabr 2024-cü ildə başladı.

Şəxsi həyatı 1987-ci ildə Koşta Fernanda Maria Qonçalves Tadeu adlı müəllimə ilə evlənib. Onların iki övladı var: oğlu Pedro Miguel Kosta və qızı Katarina Koşta.

Mükafatları Dövlət mükafatları "Hərbi Məsih" ordeninin böyük xaçı (25 noyabr 2024-cü il) "Şahzadə Henri" ordeni böyük xaçı (1 Mart 2006-cı il)

Xarici dövlət mükafatları : Braziliya Rio Branko Ordeninin Böyük xaçı (29 may 2023) Rio-Branko Ordeninin Komandoru (19 may 2014) : Çili "Xidmətə görə" ordeninin Böyük xaçı (31 avqust 2010-cu il) : Estoniya Terra Mariana xaçı ordeninin III dərəcəsi (16 iyul 2010-cu il) : Yunanıstan "Şərəf" ordeninin böyük xaçı (21 aprel 2017-ci il) :Vatikan Müqəddəs Böyük Qriqori ordeninin Böyük xaç cəngavəri (3 sentyabr 2010-cu il) :Yaponiya Müqəddəs xəzinə ordeninin Böyük lenti (16 fevral 2015) :Litva Litva qarşısında xidmətlərə görə ordenin Böyük xaçı (16 iyul 2010-cu il) : Lüksenburq Lüksemburq Böyük Hersoqluğuna xidmətlərinə görə Böyük xaç ordeni (28 iyun 2019-cu il) : Norveç Norveç Kralı "Xidmətə görə" ordeninin Böyük xaçı (25 sentyabr 2009-cu il) : Polşa Polşa Respublikasının "Xidmətlərə görə" ordeninin Ulduzlu Komandor xaçı (16 fevral 2015) Polşa Dirçəliş ordeninin Komandor xaçı (18 iyul 2012) Malta Suveren Hərbi Ordeni (23 noyabr 2010) : İspaniya III Çarlz ordeninin Böyük xaçı (25 Noyabr 2016) : Hindistan Pravasi Bharatiya Samman ordeni (2017-ci il)Winners of Pravasi Samman Awards include Portugal Prime Minister Dr. Antonio Costa

Həmçinin bax Avropa İttifaqının Prezidenti Avropa İttifaqının prezidentləri Avropa Komissiyasının Prezidenti

İstinadlar

Xarici keçidlər European Union Biography in the Portuguese Government site Biography in the Council of Europe website

Kateqoriya:Portuqaliya baş nazirləri Kateqoriya:1961-ci ildə doğulanlar Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Prezidentlər