Nəsnas () – İslamaqədərki Ərəbistan mifologiyasında mövcud olan məxluq, cin növlərindən biri. Onlar təkəlli, quyruqlu, həmçinin bədəninin və başının yarısına malik, tullanaraq hərəkət edən insanabənzər varlıqlar kimi təsvir olunmuşdular. Onların başları sinələrində yerləşmişdir.

Rəvayətlərə görə, nəsnaslar şiklərinvə insanların törəmələridir. Şik yuxarıdan aşağıya doğru yarıya bölünmüş insan bədəninin formasını xatırladan demonik məxluq adlandırılmışdır. Bəzi müəlliflər nəsnasların peyğəmbərə tabe olmaqdan imtina edən və Allahın cəza olaraq qorxunc məxluqlara çevirdiyi ədlilər olduğunu iddia etmişdilər.

Nəsnasların Yəməndə və Həzrəmdə məskunlaşdıqlarına inanılmışdır. Onlardan birinin guya diri-diri tutularaq xəlifə Mütəvəkkilin yanına gətirildiyi bildirilir. Həzrəm sakinləri onların ətindən qida kimi istifadə etmiş və nəsnas ətinin dadının şirin olduğunu qeyd etmişdilər.

İstinadlar

Kateqoriya:Cin