Bəraqiş və ya Aysel () — Yəmənin şimal-qərbində, Əl-Cövf mühafəzəsində, Sənadan 120 mil şərqdə hündür bir təpə üzərində yerləşən qədim şəhər. Suyun mövcudluğuna görə məşhur karvan marşrutu olan Fərdə vadisində yerləşmişdir. Şəhər yunanlara və romalılara qədim Səba dilindəki Yəsili sözündən gələn Aslula adı ilə məlum idi.Cass. Dio 53.29.8; Strabo 820.
Bəraqiş hələ Tunc dövründən məskunlaşdırılmış, hər nəsil öz evlərini əvvəlki binaların xarabalıqları üzərində inşa etmişdir. Ərazinin əsas hissəsində günümüzdə də qubbə, məscid, quyu və qüllə qalıqları, eləcə də çoxlu dulusçuluq parçaları və şüşə qırıqları qalmaqdadır. İnsanlar bu şəhərdə 1960-cı illərə qədər yaşamışlar, lakin sonradan şəhər tərk edilmiş və hazırda hərbçilər tərəfindən istifadə olunur.
Arxeologiyası Şəhərin cənub hissəsindəki məbədin qalıqlarının arxeoloqlar tərəfindən ilah Əstara həsr olunduğu hesab edilir. Bu məbədin yaxınlığında çoxlu məzar stelaları olan nekropol yerləşir. Məin üslubu üçün çox səciyyəvi olan məbəd 16 sütun və tir dən ibarətdir. Şəhər boyunca qədim Cənubi Ərəbistan əlifbası ilə yazılmış bir çox qədim yazılar da mövcuddur.
Şəhərin mərkəzində başqa bir məbəd də var, lakin onun sütunlarından yalnız dördü hələ də ayaqdadır.in Arabian archaeology and epigraphy 10(1):58-68 · May 1999.Jean-François Breton, Plan of Nakrah temple in Barâqish (Robin, 1998).Alessandro de Maigret, THE EXCAVATIONS OF THE TEMPLE OF NAKRAH AT BARĀQISH (YEMEN) Proceedings of the Seminar for Arabian Studies Vol. 21, Proceedings of the Twenty Fourth SEMINAR FOR ARABIAN STUDIES held at Oxford on 24th - 26th July 1990 (1991), pp. 159-172Yemen suffers cultural.
Şəhərin adı Cənubi Ərəbistan boyunca Məin dilində yazılmış bir çox məbəd stelalarında çəkilir.Greg Fisher, Arabs and Empires Before Islam (Oxford University Press, 2015 ) p 100-101.
1989–1990-cı və 2003–2007-ci illərdə italiyalı arxeoloqlardan ibarət heyət Bəraqişdə damı zədələnməmiş bir məbəddə qazıntı işləri aparmışdır. Məbədin daxilində hər iki tərəfində buğa başları olan bir neçə daş masa və ya qurbangah tapılmışdır ki, bunların da şəfa tanrısının müqəddəsgahı olduğuna inanılır.Alessandro de Maigret: The Excavations Of The Italian Archaeological Mission At Barâqish (Republic Of Yemen). In: Newsletter Archeologia (CISA). No. 0, p.50–90 Retrieved 20 April 2017
2015-ci ildə husi qüvvələrinin nəzarətində olan tutulmuş Bəraqiş ərazisinin Səudiyyə Ərəbistanı hərbçilərinin ABŞ və Birləşmiş Krallığın dəstəyi ilə bombalaması nəticəsində şəhərin ağır dərəcədə dağıdıldığı bildirilmişdir.Unesco beklagt schwere Schäden an Jemens Kulturerbe .Noah Browning und Mohammed Ghobari , "History a casualty in Yemen's war as bombs smash ancient sites", 15 May 2015.Satellite-Based Damage Assessment of Cultural Heritage Sites 2015 Summary Report of Iraq, Nepal, Syria & Yemen June 2016.
İstinadlar
Kateqoriya:Qədim Yəmən