Mohamed Rela () — hindistanlı cərrah, qaraciyər transplantasiyası və hepatopankreatobiliar (HPB) cərrahiyyə üzrə mütəxəssis. Dünyanın ən yaxşı qaraciyər transplantasiyası cərrahlarından biri hesab olunur. 5 günlük körpəyə qaraciyər transplantasiyası əməliyyatı apardığına görə Ginnesin Rekordlar Kitabına düşüb.

O, Hindistandakı Dr Rela Xəstəxanasının sədri və direktoru, həmçinin Londondakı King's College Hospital-da qaraciyər cərrahiyyəsi və transplantasiyası professorudur.

Təhsili Rela Hindistanın Tamil Nadu ştatında, Mayiladuthurai yaxınlığındakı Kiliyanur kəndində anadan olub. Valideynləri S. A. Şamsudin və Həsma Bividir. O, Çennaydakı Stanley Medical College-də 1980-ci ildə MBBS, sonradan isə MS dərəcəsi alıb.

1986-cı ildə Birləşmiş Krallığa gedib, Edinburqdə ikinci MS dərəcəsini alıb və 1988-ci ildə Kral Cərrahlar Kollecinin üzvü (FRCS) olub.

Karyerası Rela 1991-ci ildə London King's College Hospital-a gəlməzdən əvvəl Böyük Britaniyanın müxtəlif xəstəxanalarında çalışıb; hazırda orada qaraciyər cərrahiyyəsi professorudur.

O, 6000-dən çox qaraciyər transplantasiyası əməliyyatı aparıb. Bunların arasında 5 günlük körpəyə edilən əməliyyat da var, buna görə 2000-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb.

Rela Hindistanda çalışır. 2018-ci ildə Çennayın Chrompet bölgəsində öz müəssisəsini — Dr. Rela Institute & Medical Centre xəstəxanasını təsis edib. Burada canlı donordan qaraciyər transplantasiyası proqramı yaradıb və ildə 300-dən çox transplantasiya aparır.

İstinadlar

Xarici keçidlər Institute of Liver Disease & Transplantation (Global Hospitals & Health City, Çennay, Hindistan) rəsmi saytı: ildtindia.com (arxiv nüsxəsi, 7 mart 2021) KCH (London, Böyük Britaniya) saytında profili: kch.nhs.uk (arxiv nüsxəsi, 26 dekabr 2010)

Kateqoriya:Hindistan cərrahları Kateqoriya:Hindistan həkimləri Kateqoriya:Kral Cərrahlar Kollecinin üzvləri