Astara — Azərbaycan Respublikasının Astara rayonunda nəşr olunan aylıq region qəzeti.80 yaşlı "Astara" qəzetinin yubileyi və milli mətbuatın bayramı qeyd olundu. astara-ih.gov.az, 18.07.2012

Qəzet 1932-ci ildən indiyədək müxtəlif adlarda – Sovet dövründə "Ostoro kolxozçi", "Kolxoz tribunası", "Sovet Astarası"Şahverdiyev A. B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 adları ilə çıxmış, hazırda "Astara" adı ilə nəşr olunur.

Tarixi Astarada ilk qəzet 1932-ci ildə nəşr edilmişdir. Rayonun ictimai-siyasi həyatını əks etdirən qəzetin adı talış dilində "Ostoro kolxozçi" ("Astara kolxozçusu") olub. "Ostoro kolxozçi" qəzeti 1938-ci ilə qədər Azərbaycan və talış dillərində çap olunmuşdur. 1938-ci ildən isə təkcə Azərbaycan dilində nəşr olunur.

"Ostoro kolxozçi" qəzeti sonralar "Kolxoz tribunası", "Sovet Astarası" adlanmışdır. Qəzet 1990-cı ildən "Astara" adlanır. 1990–1993-cü illərdə "Astara" qəzetində talış dilində də səhifə olub.

Qəzetin 80 illik yubileyi ilə əlaqədar 17 iyul 2012-ci ildə tədbir keçirilib.

13 iyul 2018-ci ildə "Astara" qəzetinin 85 illik yubileyi qeyd edilib.

Həmçinin bax

Lənkəran (qəzet) Qusar (qəzet)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan dilində qəzetlər Kateqoriya:Astara rayonunun qəzetləri Kateqoriya:1932-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Talış dilində qəzetlər