Canaxır və ya Aşağı Əlik — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Hülövlü kənd inzibati ərazi dairəsində kənd.
Adının mənası Kəndin əsasını əslən Quba rayonunun Əlik kəndindən olan əliklilər "Canaxır" adlanan yerdə qoymuşdur. Kənd əvvəllər Aşağı Əlik də adlanmışdır. Oykonim "əkin sahəsi üçün yararsız yer" mənasındadır. Belə ki, Azərbaycan dilinin əksər dialektlərində "cana" sözü "yararsız" və ya "pis", "xır" sözü isə "əkin sahəsi" mənalarında işlənirAMEA. Nəsimi adına Dilçilik İnstitutu. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 166. .
Tarixi Bu ərazidə kəndin yaranması tarixi dəqiq məlum deyildir. Lakin əliklilərə məxsus bəzi ailələr bu əraziyə köçərək, burada daimi məskunlaşmışması nəticəsində bu ərazidə kənd salınması məlumdur.
Coğrafiyası və iqlimi Samur–Dəvəçi ovalığındadır.
Əhalisi Kəndin əhalisinin etnik tərkibini Şahdağ xalqlarından biri olan əliklilər təşkil edir.
Həmçinin bax Əlik
İstinadlar
Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri
Kateqoriya:Xaçmaz rayonunun kəndləri Kateqoriya:Əliklilər