Qasımqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Qasımqışlaq kəndi Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində yerləşir. Oykonim "Qasım" (şəxs adı) və "qışlaq" sözlərindən ibarət olub, “Qasıma məxsus qışlaq, Qasımın qışlağı” mənasım bildirir. XX əsrin 30-cu illərində kənd yerlərində kollektivləşmədən sonra qışlaq daimi yaşayış məntəqəsinə çevrilmişdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 142 nəfər əhali yaşayır. Kənd əhalisi tatlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri