Avstraloid irqi — böyük Melanesiya-Avstraliya irqinin tərkibində kiçik irq; bəzən ayrıca böyük irq kimi də qeyd edilir.

Haqqında Avstraloid geniş irqi təsnifatdır. Konsepsiyası irqi təsnifatın bir tipoloji üsulu ilə yaranmışdır.O'Neil, Dennis. "Biological Anthropology Terms." 2006. May 13, 2007. Palomar College. http://www.pbs.org/wgbh/nova/first/gill.html Does Race Exist? A proponent's perspective by George W. Gill.Moore, Ruth Evolution (Life Nature Library) New York:1962 Time, Inc. Chapter 8: "The Emergence of Modern Homo Sapiens" Page 173--First page of picture section "Man and His Genes": The Australoid race is identified as one of the five major races of mankind, along with the Mongoloid, Negroid, Caucasoid, and Capoid races (pictures of a person typical of each race are shown) Cənub-Şərqi Asiyanın,Avstraliyanın və Okeaniyanın tünddərili aborigen əhalisinin mənsub olduğu irq. Avstraloid irqinin klassik tipi, əsasən, avstraliyalılarla (aborigenlərlər) təmsil olunur: ayrı-ayrı xüsusiyyətlərinə Cənubi və Cənub-Şərqi Asiya və Qərbi Okeaniyanın bəzi populyasiyalarında da təsadüf edilir. Avstraloid irqi üçün dərinin tünd rəngli (lakin Afrika zəncilərinə nisbətən bir qədər açıq rəngli), gözün qüzehli qişasının tünd-qəhvəyi, saçın dalğalı, yaxud qıvrım, tünd-bənövşəyi, yaxud qara olması (bəzi populyasiyalarda uşaqların və gənc qadınların saçının nisbətən açıq rəngli olmasına baxmayaraq) səciyyəvidir. Zəncilərdən fərqli olaraq Avstraliya irqinin nümayəndələrinin bədənlərində və üzlərində 3-cü tük örtüyü inkişaf etmişdir, burunları enli, üst dodaqları hündür və qalın, kəllə qutusu orta böyüklükdə, sifətləri ortaenlidir, proqnatizm müşahidə edilir; dişləri çox iri, ətrafları uzundur. Azərbaycan Milli Ensiklopediyası, II cild, Bakı. 2010, səh.359

İstinadlar

Kateqoriya:İrq Kateqoriya:Yalan elmlər