Tenson sülaləsi yaxud Şunten sülaləsi — Rükyu adalarını idarə etmiş yarıməfsanəvi sülalə. İlk 25 üzvünün adı bilinmir. "Çüzan güzgüsü" (Çüzan seikan) əsərinə əsasən Rükyu mifologiyasının baş tanrısı Amamikyo tərəfindən əsası qoyulub. 1186-cı ildə sülalə Riyü tərəfindən devrilmişdisə də, sülalənin üzvlərindən biri olan Şunten tərəfindən məğlub edilmişdi. Buna görə sülalə həm də bu adla tanınır.

Üzvləri 1–25 — İlk 25 hökmdarın adı elmə bəlli deyil. 26 — Şunten 27 — Şunbacunki 28 — Gihon

Kateqoriya:Yaponiya tarixi Kateqoriya:Sülalələr