173x173px 175x175pxMadonna pirsinqi (solda) və Burun pirsinqləri (sağda) 188x188px 154x154px Qulaq pirsinqi (sırğa) (solda) və Qaş pirsinqi (sağda) 188x188px 141x141px Döş giləsi pirsinqi (solda) və Göbək pirsinqi (sağda) Pirsinq ( [] — "deşmək, dəlik açmaq", bu söz daha erkən dövrlərdə köhnə fransız dilində bir zamanlar işlədilmiş percier, həmçinin loru latın dilindəki *pertusiare və klassik latın dilindəki pertundere, pertusus sözlərinin köməyi ilə yaranmışdır) – bədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılması. Pirsinqin edilməsi və ya edilməməsinin bir çox səbəbi ola bilər. Bir sıra insanlar pirsinqi dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacı ilə, estetik dəyərlərlə, öz seksual həyəcanlarını yaxşılaşdırmaqla, özünü hərhansısa bir submədəniyyətə aid etməsi və ya ona etirazı ilə tənzimlənir. Təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqdən istifadəni məhdudlaşdırırlar. Bir sıra insanlar isə pirsinqin ekstremal növlərini praktikada işlədirlər. Ginnesin Rekordlar Kitabında, bədənində yüzlərlə və hətta minlərlə pirsinq deşiklərinə sahib olan insanların adları qeyd edilib.

Əslində pirsinq – invaziv prosedurdur və pirsinq zamanı bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması və ümumilikdə orqanizmin görünmədən reaksiya ehtimalı böyükdür. Ancaq müasir qaydalar və ehtiyat kimi tibbi tədbirlər yuxarıda adı çəkilən risklərin yaranmasını minimuma salır. Pirsinq olunan yerin sağalması deşiyin harada olmasından asılıdır: belə ki, genital pirsinqin sağalması 1 aydan az çəkərkən, göbək pirsinqi 2 ilə tam sağalır.

Tarix

Dəriyə, qulaqlara, dodağa və bədənin müxtəlif yerlərinə məqsədli şəkildə edilən pirsinq minilliklər boyunca bir çox xalq və mədəniyyətlər tərəfindən tətbiq olunmuşdur. Zinət əşyaları və təsvirlərin ən erkən nümunələrinin 7000 ilə qədər yaşı var. Bu dekorativ xüsusiyyətli əlavələr etnik qrup və tayfaların dini ritualları zamanı və ya sosial statusun dəyişməsini qeyd edən mərasimlər zamanı istifadə olunurdu. Digər tərəfdən isə, "Korset" və ya "Medison" kimi səthi pirsinqlərin əksəriyyəti, 1990-cı illərin sonunun yeni versiyasını təşkil edirlər.

Qazıntılar zamanı adətən pirsinq nümunələri və bəzək əşyaları aşkar edilir və bu əşyalar arxeoloqlar tərəfindən daim ciddi tədqiq olunur. Buna baxmayaraq, pirsinq haqqında müasir məlumatlar entuziast Duq Malloy tərəfindən yaradılan mif və ixtiralar ilə hopmuşdur. 1960–1970-ci illərdə Malloy pirsinqi "tarixi ənənələrin tərkib hissəsi" kimi reklam edirdi. 1960–1970-ci illərdə Duq Malloy müasir bədən pirsinqinə yeni təkan vermişdir. Onun "Müxtəsər bədən və cinsi orqan pirsinqi haqqında" adlı broşüründə pirsinqlə bağlı müasir şəhər əfsanələri – məsələn, Şahzadə Albert pirsinqinin böyük penisinin dar şalvarda görünməsindən utanan şahzadə tərəfindən kəşf olunması və ya Roma senturionlarının döş pirsinqini kəşf etməsi yer almışdı. Malloyun broşüründə yer almış bəzi faktlar sonradan pirsinqin tarixi ilə bağlı nəşrlərdə yer almışdır.

Ənənəvi pirsinqlər 230px|thumbnail|left|Myanmanın yerli sakinlərindən Karenlər xalqının nümayəndəsi olan qız ənənəvi qulaq tıxacları ilə. Amerikanın, Afrikanın və Asiyanın yerli sakinlərində pirsinq qulağın sırğalığında, burun deşiklərində və burun arakəsməsində, eləcə də dodaqlarda və cinsiyyət orqanlarında edilir. Bu qədim mədəniyyətlərin nümayəndələri pirsinq məmulatlarını ağacdan, kvarsdan, sədəfdən, buynuzdan, balıq və heyvan sümüklərindən və sadə metallardan hazırlayırdılar. Artıq sübut edilmişdir ki, qulağın modifikasiyası (yəni deşilərək zinət əşyasının taxılması) E.ə təxminən 1550-ci ildə Qədim Misirdə tətbiq olunmuşdur. Qədim Misir fironu Tutanxamonun ölümündən sonra hazırlanmış maskasında qulaq pirsinqinin genişləndirilmiş deşiklərini aydın şəkildə görmək olar. Həmçinin buddizm dininə aid edilən erkən freskalarda və Mərkəzi Amerikada böyük imperiya və sivilizasiya yaradan qədim astek xalqının heykəltaraşlıq nümunələrində qulağın genişləndirilmiş deşikləri daim təsvir olunurdu.

Olmek mədəniyyətinə aid edilən daşdan yonulmuş insan başlarında qulağın uzadılmış deşiklərini görmək olar. Bundan başqa, Mezoamerika bölgəsində məskunlaşmış purepeça, sapotek və astek xalqları qulağın və dodaq payalarının deşilməsi, buruna Septum pirsinqinin yerləşdirilməsini də çox tez-tez təcrübədən keçirirdilər.Anne Schinke: Piercing in Deutschland: Eine historisch-analytische Betrachtung. Grin Verlag, 2007, ISBN 978-3-638-69180-2.

Efiopiyanın cənubunda kompakt yaşayan Mursi xalqında qulaq sırğalığının deşilməsi, kəsilməsi və genişləndirilməsi, eləcə də alt dodağın səthinə yerləşdirilən böyük lövhələr mükəmməl gözəllik vasitəsi hesab edilirlər. Lövhənin həcmi nə qədər böyük olsa, qadının yaşadığı cəmiyyətdə hörməti bir o qədər də böyük olar. Dodağa yerləşdirilən bu qeyri-adi bəzək əşyası günümüzdə tursitləri cəlb edir və bu bölgənin qeyri-rəsmi görməli yeri hesab edilir. Hindistanda bəzi qadınlar və kişilər ənənəvi olaraq qulağın müxtəlif hissələrinə və burun deşiklərinə ştekerləri (yəni probkaları) və müxtəlif ölçülü bəzəkləri taxırlar. Hinduizm dininə əsasən, xəstəliklərdən müdafiə etmək üçün Karnavedha mərasimi çərçivəsində kiçik uşaqların qulaqları modifikasiya edilir.

Avropada Orta əsr pirsinq ənənələrinə aid çox az sayda istinad məlumdur. Məsələn kelt xalqları tərəfindən hazırlanmış 2600 yaşlı tunc maskada naməlum şəxsin hər iki qulağında geniş deşikləri görmək olar. Halştat mədəniyyəti dövründə (Halştat – erkən dəmir dövründə Orta Avropanın cənub hissəsinin tayfalarının arxeoloji mədəniyyəti hesab olunur) yaradılmış bu maska, pirsinq ənənələrinin Avropa xalqları tərəfindən də təcrübədən keçirildiyini tədiqləyən çox nadir eksponat sayılır.

Dini pirsinqlər 230px|thumbnail|right|Efiopiyanın yerli sakinlərindən Mursi xalqında etnik qrupunun nümayəndəsi olan qadın ənənəvi dodaq pirsinqi ilə.

Bədəndən axan qana mistik məna verilirdi. Qanla bağlı təsəvvürlər insan şüurunda çox dərin iz qoymuşdur. İnsan bədəninin qanla və ya onun surroqatıyla sürtülməsi, həyat gücünü möhkəmləndirirdi. Mayalılar, ancaq, "öz qanını qurban verirdilər". Onlar yanaqları, alt dodaqları "və mail istiqamətdə öz dillərini" deşirdilər. Yaşçilan, Çiapasda 750-ci ilə aid edilən relyefdə təsvir edilmiş diz çökmüş mayalı dilindən saplı iynə keçirir, onun yanında dayanmış başqa bir fiqur isə lələkli yelpiklə onun ağrılarını uzaqlaşdırmağa çalışır. Bu yolla əldə olunan qan, və ya saç və bədən onların inandıqları tanrıya təhvil verilirdi. Mayalılar üçün qan hətta bədəndən kənarda da diri hesab edilirdi. Onun magiyası cadugərliyin qarşısını alırdı; həmçinin o, Tanrıları minnətdar olmağa oyadırdı. Ümumiyyətlə maya xalqı qan mövzusuna və onun keyfiyyətlərinə çox mübtəla idilər. Hələ həmin dövrdə yaşamış və Yukatan bölgəsinin baş yepiskopu seçilmiş Diyeqo de Landa bunları yazırdı: "…Onlar bədənlərinin ən mühüm orqanı sayılan penislərindən qanı çıxartmaq üçün adətən qulaqlarına edilən çapma və ya dərindən kəsmə əməliyyatını həyata keçirir və hətta kişi cinsiyyət orqanının əhəmiyyətli hissəsini parçalayırdılar. Buna baxan bəzi ispan konkistadorları isə, mayalıların sünnəti təcrübədən keçirdikləri barədə yanlış fikrə dalırdılar". Penisdən axan qan xüsusilə təsirli hesab edilirdi. Başqa bir ispan keşişi bu cür dini mərasimə dəvət olunmuşdur və o, sonralar bunları yazmışdı: "Mən qurbankəsmə mərasimini gördüm. Onlar əvvəlcə iskənəni və taxta çəkici götürür və özünü qurbana gətirmək istəyən məzlumu hamar daş lövhənin üzərinə otuzdururdular. Daha sonra məzlum penisinin orta hissəsinə düym uzunluğunda üç zərbə edirdi, onun ətrafında duran kahinlər isə ovsun oxuyurdular".

Tailandın Pxuket şəhərində 1825-ci ildən başlayaraq hər il məşhur "Doqquz İmperator Tanrılarının Festivalı" keçirilir. Çin təqviminin doqquzuncu ayının birinci 9 günü ərzində çoxsaylı iştirakçılar "tanrıların ovsunlanması" çərçivəsində trans vəziyyətlərinə keçirlər və nümayiş zamanı öz yanaqlarını, dil və bədənnin başqa hissələrini böyük qılınclarla, çox iti budaqlarla, dəmir millərlə və ya başqa gündəlik predmetlərlə deşirlər. Trans vəziyyətində onlar 9 qoruyucu ruh kimi hərəkət edir və mərasim zamanı divanə insanlar kimi baxılırlar. Hər il oxşar ənənə yanvar-fevral aylarında Malayziyada, Taypusam festivalı zamanı keçirilir.

İştirakçılar artıq qabaqcadan, aylar ərzində, bayrama müəllimin köməyi ilə hazırlaşmağa başlayırlar; onlar özünü trans vəziyyətinə daxil edir, bədənin müxtəlif hissələrini qarmaqlarla və qılınclarla deşir və bununla andı yerinə yetirmək üçün, eləcə də özünü günahlardan təmizləmək, sağlam və xoşbəxt qalmaq məqsədilə Subramaniam tanrısının məbədinə rəngli bəzənmiş qurbanların müşayiəti ilə təntənəli şəkildə daxil olurlar. Qan bu zaman nisbətən nadir halda yaradan axır, əminlik üçün isə deşilmiş hissə küllə qismən dezinfeksiya edilir.

Şimali Amerika və Böyük düzənliklərdə yaşayan hinduların ən əhəmiyyətli dini mərasimi Günəş rəqsidir. Lakota hindularının Günəş mərasimi aşağıdakı qaydada keçirilirdi. Hindular qalın meşədə "həyatın ağacını" axtarırdılar; bu ağac nəticədə mərasimin mərkəzi sütunu kimi istifadə olunurdu."Whereas sacrilegious "sundances" for non-Indians are being conducted by charlatans and cult leaders who promote abominable and obscene imitations of our sacred Lakota sundance rites; … We hereby and henceforth declare war against all persons who persist in exploiting, abusing, and misrepresenting the sacred traditions and spiritual practices of the Lakota, Dakota and Nakota people." – Mesteth, Wilmer, et al (1993) "Declaration of War Against Exploiters of Lakota Spirituality ."Taliman, Valerie (1993) "Article On The 'Lakota Declaration of War' ." News From Indian Country, Indian Country Communications, Inc. Daha sonra həmin ağacı kəsmək üçün cəsarətli və ya layiq görülmüş döyüşçü seçilirdi. Ağacın torpağa toxunmasına icazə verilmirdi, onun aşağı budaqları kəsilir və mərasimin keçirildiyi səhnənin ortasında quraşdırılırdı. Günəş rəqsi növbəti günün sabahısı başlayırdı və iştirakçılar yeni doğan günəşə baxırdılar. Mərasimin bu hissəsi dörd gün davam edirdi və bu müddət ərzində özünü qurbana gətirənlər ciddi hazırlıq keçirdilər. Bu insanlar (adətən kişilər, çox nadir hallarda qadınlar) yalnız bir şeyi xüsusilə arzulayırdılar — döyüş və ya ov bacarıqlarını əldə etmək və ya xəstə qohumunun tezliklə sağalması. Səhnənin ətrafında bizonların kəllələri yerləşdirirdi, mərkəzi şüvülə isə xam dəri materialından hazırlanmış lentlər bağlanılırdı.Looking Horse, Chief Arvol (2003) "Protection of Ceremonies O-mini-c'i-ya-pi " Rəqqaslara sinənin hər iki tərəfində dərin kəsiklər edilirdi. Bu kəsiklərin daxilinə qarmaqvari heyvan sümükləri keçirilir və qayışların köməyi ilə sütuna bərkidilirdi. Həmin an rəqsə start verilir. Rəqsin əsas məqsədi bədəndən həmin heyvan sümüklərini qopartmaq idi. Rəqqaslar sıçrayışlarla geri çəkilərək, öz bədənlərindən dəri və ya ət parçalarını qoparmağa çalışırdılar.Brown, 1996: pp. 34–5; 1994 Mandelbaum, 1975, pp. 14–15; & Pettipas, 1994 p. 210. "A Description and Analysis of Sacrificial Stall Dancing: As Practiced by the Plains Cree and Saulteaux of the Pasqua Reserve, Saskatchewan, in their Contemporary Rain Dance Ceremonies" by Randall J. Brown, Master thesis, University of Manitoba, Winnipeg, 1996. Mandelbaum, David G. (1979). The Plains Cree: An ethnographic, historical and comparative study. Canadian Plains Studies No. 9. Regina: Canadian Plains Research Center. Pettipas, Katherine. (1994). "Serving the ties that bind: Government repression of Indigenous religious ceremonies on the prairies." Winnipeg: University of Manitoba Press.

Pirsinq Qərb mədəniyyətində 190px|thumbnail|right|I Elizabetin sevimlisi olmuş saray xadimi, şair və tarixçi Ser Volter Reli qulaq pirsinqinə malik olmuşdur.