Ənvər Hacağa oğlu Almaszadə () — Azərbaycanın teatr rəssamı, qrafik, Azərbaycan SSR əməkdar rəssamı (1964).
Həyatı
Ənvər Almaszadə 27 avqust 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1937-ci ildən rəssam kimi fəaliyyət göstərmiş AOBT-da Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasına və "Leyli və Məсnun" operasına tərtibat vermiş, geyim eskizləri hazırlamışdır.
29 iyun 1964-cü ildə Azərbaycan SSR əməkdar rəssamı fəxri adı ilə təltif olunub.
Ənvər Almaszadə 6 mart 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Həmçinin bax Qəmər Almaszadənin qardaşıdır.
İstinadlar
Kateqoriya:Azərbaycan teatr rəssamları