"Say Yes" ABŞ müğənnisi Mişel Vilyamsın keçmiş "Destiny's Child" qrupunun üzvləri Beyonse və Kelli Roulandla birgə ifa etdiyi mahnıdır. Mahnıda xor tərəfindən ifa olunan "when Jesus say yes, nobody can say no" sözləri məşhur Nigeriya ilahisindən götürülmüşdür.
2005-ci ildə "Destiny's Child" qrupunun dağılmasından sonra "Say Yes" mahnısı hər üç qrup üzvünü bir gə iştirakı ilə ifa edilmiş və ekranlaşdırılmış ilk musiqi əsəridir.
"Say Yes" mahnısının klipi rəsmən 18 iyun 2014-cü ildə təqdim edilmişdir.
Fon Orijinalda "When Jesus Says Yes" adlanan Nigeriya mahnısı əsasında yazılmış "Say Yes" mahnısının prodüseri Harmoni Samuelsdir. Vilyams mahnının demo versiyasını keçmiş qrup üzvləri Beyonse Noulz və Kelli Roulanda göndərir və sonradan onlar mahnıda qonaq ifaçı kimi iştiraka razılaşırlar. "Rap-up Magazine" jurnalına verdiyi müsahibədə Beyonse mahnıda qonaq ifaçı kimi qərar verməsindən danışır və deyir: "Bu mahnı o qədər ilhamlandırıcıdır ki…bu cür mahnılar çox azdır və mən bu mahnının bir hissəsi olmaqdan fəxr edirəm."
Hit-paradlarda "Say Yes" BK hit-paradlarında 106-cı yerdə debüt etmişdir. Çıxışının ilk həftəsində Fransada mahnı 151-ci yerdə debüt etmişdir. "Say Yes" Vilyamsın Fransa hit-paradına daxil olan ilk solo sinqlıdır. ABŞ-də "Billboard Gospel Songs" hit-paradında mahnı beşinci yerdə, "Gospel Digital Songs chart" hit-paradında isə birinci yerdə debüt etmişdir.
Klipi "Say Yes" mahnısının klipi 20 may 2014-cü ildə Metyu A. Çerrinin rejissorluğu ilə çəkilmişdir.Destiny's Child Reunites in Michelle Williams "Say Yes" (Matthew A Cherry, dir.) , www.videostatic.com Yüksək əhval-ruhiyyəli və müsbət enerji aşılayan klip ağır ikonoqrafik simvollar olmadan çəkilmişdir. Beyonse dəbli apostolik geyimdədir və onun görünüşü mahnının ümumi məzmununa uyğundur, o klipdə 90 saniyə görünür; Kelli Rouland isə Beyonsedən sonra görünür. Klipi ilk dəfə izləyərkən keçmiş "Destiny's Child" üzvlərinin ayrılıqda çəkildiyi düşüncəsi yaransa da, sonda "DC" üzvləri Vilyams, Noulz və Rouland bir araya gələrək mahnını birlikdə tamamlayırlar.
Vilyamsın klipi ilk dəfə "Good Morning America" verlişində yayımlanmış və bu verilişdə o, klipin çəkilişlərinin "çox şən" olduğunu danışmışdır. "Hərdən rejissor və ya istehsal assissantı deyirdi ki, "OK, qızlar qayıdın bura. Çünki, biz nə vaxt birlikdə oluruq, keçmiş günlərimizi və gəncliyimizi xatırlayaraq, gülümsəyir və xatirələrimizi yada salırıq" deyə Vilyams qeyd edir. "Bu, gözəl anlar idi."
Hit-parad göstəriciləri Hit parad (2014) Yüksəldiyiyer Belgium (Ultratop Flanders Urban)28 UK Singles (Official Charts Company) 106 ABŞ Bubbling Under Hot 100 Singles (Billboard)9 ABŞ Hot Gospel Songs (Billboard)1 ABŞ Heatseekers Songs (Billboard)14
İstinadlar
Kateqoriya:2014-cü ilin mahnıları Kateqoriya:2014-cü ilin sinqlları Kateqoriya:Beyonsenin mahnıları