35px Özbəkistan 270pxReytinqdə sırası 55 (2014 yanvar ayı üçün)FIVB Senior World Ranking - Women As per January 2014 Konfederasiya AVC Federasiya VNZ Məşqçi Leonid Ayrapetyants İnternet Saytı -23px Asiya və Okeaniya çempionatıİştirakı 5 dəfə (debütü 1993-cü il)Ən yaxşı nəticəsi 6-cı yer: 1993, 1997
Özbəkistan qadın milli voleybol komandası — Özbəkistanı qadın voleybolunda beynəlxalq arenada təmsil edən milli komanda. Komandaya Özbəkistan Voleybol Federasiyası nəzarət edir. Özbəkistan Mərkəzi Asiya ölkəsi olduğu üçün federasiyası Asiya Voleybol Konfederasiyasının tabeliyindədir.
Tarixi Özbəkistan SSRİ-nin tərkibindən çıxıb yalnız 1991-ci ildə müstəqil olduğundan ölkənin idman sahəsində irəliləməsi bir qədər gec oldu. Buna qədər isə bütün idman növlərində olduğu kimi voleybolda da Özbəkistanın oyunçuları Sovet Sosialist Respublikaları İttifaqının komandalarında oynayırdı. Müstəqillik illərindən sonra da Özbəkistan voleybolçuları heç də öz milli komandalarını seçmirdilər. Ölkənin yetişdirdiyi ən güclü voleybolçulardan bəlkə də ən birinci Polina Rəhimovanın bu ölkə vətəndaşı olması ilə Azərbaycan milli komandasını seçməsi bunun bariz nümunələrindəndir.
Özbəkistanın iştirak edə bildiyi ən böyük turnir Asiya və Okeaniya çempionatıdır. Bu turnirin də yalnız dörd dəfə final mərhələsinə yüksələ bilən milli komandanın iki dəfə tutduğu altıncılıqdan başqa uğuru yoxdur. Komanda 2007 və 2009-cu illərdə müvafiq olaraq 13-cü və 12-ci yerləri tuta bilsə də, 2011 və 2013-cü illərdə final mərhələsinə belə yüksələ bilməyiblər. Bütün bunlarla belə önəmli gələcək vəd edən Özbəkistan qadın voleybolu FIVB reytinq siyahısında ilk 55-likdədir.
Əsas turnirlərdə qazandığı nəticələr Asiya və Okeaniya Çempionatı İl Təşkilatçı ölkə Nəticəsi 1991 təsnifat keçilmədi 1993 6-cıyer 1995 təsnifat keçilmədi 1997 6-cıyer 1999 7-ciyer 2001 təsnifat keçilmədi 2003 təsnifat keçilmədi 2005 təsnifat keçilmədi 2007 13-cüyer 2009 12-ciyer 2011 təsnifat keçilmədi 2013 təsnifat keçilmədi
İstinadlar
Xarici keçidlər Özbəkistan Voleybol Federasiyasının "FİVB"nın Rəsmi Saytında
Kateqoriya:Milli voleybol komandaları Kateqoriya:Özbəkistan milli idman komandaları Kateqoriya:Özbəkistanda voleybol Kateqoriya:Asiya və Okeaniya milli voleybol komandaları Kateqoriya:Milli qadın voleybol komandaları