Azərbaycanşünaslıq — Azərbaycanda yaşayan xalqların, millətlərin, milli azlıqların, dini icmaların, etnik qrupların bu vəya digər dərəcədə Azərbaycanın milli və dini tərkibini təşkil edən icmaların tarixini, mədəniyyətini, dilini və s. öyrənməklə məşğul olan elmlərin məcmusudur. Azərbaycanşünaslıq ölkəşünaslığın tərkib hissəsidir. Azərbaycanşünaslıq elminin bir çox mühüm problemlərinin həlli birbaşa arxeoloji axtarışlarla bağlıdır. Bu elm sahəsi ilə məşğul olan Azərbaycanşünas adlanır.
Kaynak ve lisans
Kaynak: Wikipedia — Azərbaycanşünaslıq · katkı geçmişi.
Metin: CC BY-SA 4.0.
Metin düzenlemesi hakkında
Viki işaretlemesi ve şablonlar çıkarıldı; uzun metinler kısaltıldı.