Vud-Baffalo Milli Parkı — Kanadada yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.
Haqqında Vud-Baffalo Milli Parkı meşə bizonlarının yaşaması və qorunması üçün 1922-ci ildə Kanadanın Şimal-qərb və Alberta ərazisində yaradılmışdır. Sahəsi 4.480.000 ha olub Kanadanın ən böyük milli parkıdır. Hazırda milli parkda 5.000-dən çox bizon yaşayır. Bura eyni zamanda durnaların əsas yumurtlama bölgələrindən biridir. Milli parkda yerləşən, dünyanın ən böyük quru deltası olan və eyni zamanda vəhşi bizonların axınına məruz qalan Piis-Atabaska deltası bioloji müxtəliflik və əhəmiyyət baxımından WHS elan edilmişdir.
Milli park 1983-cü ildə YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmişdir.
İstinadlar
Kateqoriya:Kanada milli parkları Kateqoriya:Kanadadakı ümumdünya irsi Kateqoriya:1922-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kateqoriya BTMİ II