Bəəlbək () — Livanda qədim şəhər. Beyrutun 80 km. şimal-şərqində yerləşir.
Şəhərin tarixi Bəəlbək haqqında ilk məlumat Tel əl-Amarna mənbələrində verilir. Bəəlbək qədim abidələri ilə məşhur olan bir şəhərdir, o cümlədən Roma dövrünə aid ziyarətgahlar və ən mühüm Roma abidələri bu şəhərdə mövcuddur. Bəəlbək Roma dövründə "Heliopolis" (Günəş şəhəri) adlanırdı. Bu şəhərdə qədim zamanlardan qalmış nəhəng daş sütunlar var. Kərbəla əsirlərinin karvanı bu tarixi şəhərdən keçib və görünür Xristian rahibinin hekayəsi bu şəhərdə baş verib. Çünki hazırda Bəəlbəkdə "Rəs əl-Hüseyn" məscidi adlı məscid var ki, bu da qeyd edilən hadisə ilə bağlıdır.
Qalereya
İstinadlar
Kateqoriya:Livan şəhərləri Kateqoriya:Böyük Rift Dərəsi Kateqoriya:Livandakı ümumdünya irsi Kateqoriya:E.ə. IV əsrdə yaranan yaşayış məntəqələri