() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN A2abc+3c. Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası 4 m-ə qədər hündürlüyündə, yerə sərilmiş geniş çətirli, ağac və ya koldur, budaqların sonu tikanlıdır. Yarpaqlar qısa saplaqlı 1,5 sm-ə qədər uzunluğunda, kənarları elllipsvari neştərşəkilli, mişarşəkilli dairəvi və pazşəkillidir. Əsası çılpaq, dairəvi,Yarpaqlar üstdən yaşıl, alt hissədə isə solğun-yaşıl olur, ortadan görüən damarlı, 6-8 sm uzunluğundadır. Kasa yarpağının borucuğu zəngvari, qırmızımtıldır. Çiçəkləri birdən beşə qədər olub, qırmızımtıl rəngdə olur. Ləçəkləri çəhrayı rəngli və təxminən yumrudur. Meyvə dairəvi, məxməri, tək oturaqdır. Toxumu oval, yana brkidilmiş, təpə issəsi iti və ya ket, 2 sm-ə qədər uzunluğunda, demək olar ki, hamardır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Quru qayalı yamaclarda və kollarda, Naxçıvanın orta dağ qurşaqlarında, cəngəlliklərdə yayılıb. Çiçəkləməsi aprel, meyvələməsi sentyabr aylarına təsadüf edir. Çoxalması toxumladır. Kriptofitdir. Dekoratvi bitkidir. Quraqlıq yerlərdə yaşıllaşdırılmada istifadə oluna bilər.
Məhdudlaşdırıcı amillər Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.
Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur, yeni yayılma sahələri axtarılmalıdır.
Yayılması Azərbaycan, Türkiyə və İranda təbii arealı vardır.
Azərbaycanda yаyılması Talış bölgəsində, Alazan Əyriçay çökəkliyində, Naxçıvan MR-nın dağ və düzənliyində, Kür-Araz ovalığında (Diabar) rast gəlinir. Kür düzənliyi, Kiçik Qafqazın şimal və cənub hissəsi, Naxçıvanın dağlıq hissəsi, Diabardır.
Sayı və tendensiyası Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur .
Məhdudlaşdırıcı amillər Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.
Sinonimləri Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Badam Kateqoriya:Türkiyə florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:İran florası Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:Ermənistan florası