Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın ikinci mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2012-ci ildə elan edilmişdi. Premyerası 30 sentyabr 2012-ci ildə baş tutmuş II mövsüm 12 may 2013-cü ildə tamamlanmışdır.
Bu mövsümdə Cənab Qoldun tilsimi ilə magiya Storibruka da yol tapır. Rumpelştilskin çoxdan itirdiyi oğlunu axtarır. Henri də öldüyünü düşündüyü atasını tapır. Lakin, Piter Penin təsiri altında olan Tamara və Qreq Henrini Yoxlandiyaya qaçırır. Bundan sonra serialın əsas qəhrəmanları Yoxlandiyaya yola düşürlər. İkinci mövsümdə Henri Kassidi kimi tanınan Belfayr (Rumpelştilskinin oğlu), Kapitan Killian “Qarmaq” Cons, Şahzadə Avrora, Mulan, Şahzadə Filip, Robin Hud və Darlinq ailəsi kimi yeni personajlar vardır.
Mövsüm premyerası 18-49 yaş arası 11.36 milyon nəfər tərəfindən izlənmiş və 3.9/10.0 yayım reytinqi qazanmışdır. Fevral ayında izləyici sayı 7.08 milyona qədər enmiş, mövsüm finalında isə 7.33 milyon 18-49 yaş arası izləyici sayı və 2.3/7 reytinq göstəricisinə malik olmuşdur. Məzmunu
Tilsimin Emma tərəfindən sındırılmasından sonra Storibruku bənövşəyi tüstü bürüyür. Cənab Qold Emmanın əjdahanın qəlsəməsindən götürdüyü sehrli maddədən istifadə edərək magiyanı Storibruka gətirir və bütün sakinlər nağıllar aləmində kim olduqlarını xatırlayırlar. Nağllar aləmində Şahzadə Avrora (Sara Bolger) sevgilisi Şahzadə Filipin (Culyan Morris) öpüşündən ayılır, lakin Şahzadə Filipin faciəvi şəkildə ruhunu itirməsindən sonra Avrora döyüşçü qız Mulanla (Ceymi Çanq) qalır. Emma, Ağbəniz və Cazibədar Şahzadə Recinanın ruhunu xilas etməyə çalışdıqları zaman Emma və Meri Marqaret Dəlisov Papaqçının şlyapasından açılmış portaldan keçərək Sehrli meşəyə düşürlər. Burada onlar Recinanın anası Koranın tilsimi ilə nağıl qəhrəmanlarını Storibruka aparmı tilsimdən qorunan nağıl qəhrəmanları ilə rastlaşırlar. Mulan və Avrora Storibruka qayıtmaqda onlara kömək etməyə razılaşırlar. Bu səfər zamanı onlar Qəddar Kraliçanın anası Kora (Barbara Herşi) ilə qarşılaşırlar. Kora da Storibruka getməyə çalışır və məqsədinə çatmaq üçün Kapitan Qarmaqla (Kolin O'Donok) işbirliyi edir.
Həmin dövrdə Storibrukda Recina Henriyə magiyadan istifadə etməməyə və yaxşı adam olmağa söz verir. Devid Emma və Ağbənizi qaytarmağın yollarını axtarır. Cənab Qoldun köməkliyi ilə Emma və Ağbəniz Storibruka qayıtsalar da, onların ardınca Kora və Kapitan Qarmaq da şəhərə yol tapırlar.
Recina əvvəl anasına tabe olmaqdan imtina etsə də sonra onunla geclərini birləşdirmək qərarına gəlir və onlar birlikdə Henrini əldə etmək planları qururlar. Emma və Henri Rumpelştilskinin oğlu Belfayrı axtarmaq üçün Nyu Yorka gedirlər. Burada bəlli olur ki, Rumpelin oğlu Emmanın keçmiş sevgilisi və Henrinin atası olan Nildir. Kapitan Qarmaq Nyu Yorkda Rumpeli taparaq zəhərli qarmaqla yaralayır. Onu ölümdən xilas etmək üçün birlikdə Storibruka qayıdırlar.
Recina və Kora birlikdə Cənab Qoldu öldürməyə çalışsalar da, Qoldun hiyləsi ilə Meri Marqaret Recinanı tələyə salır və anasını öldürməsinə səbəb olur. Cırtdanlar öyrənirlər ki, Storibrukun sərhədlərini keçənlər yaddaşlarını itirirlər, lakin, Cənab Qold bunun çarəsini tapsa da, Kapitan Qarmağın atəşi Bellin yaralanması və sərhəddi keçməsi ilə nəticələnir. Bell yaddaşını itirir. Storibrukun sərhəddini ilk dəfə yad adam keçir və avtomobil qəzası törədir.
Nilin Storibruka gəlməsindən sonra onun sevgilisi Tamara da Nyu Yorkdan Storibruka gəlir. Qısa zaman sonra şəhərə gələn yad adamın vaxtilə Recina tərəfindən atası öldürülmüş Qreq Mendell olması və onun Tamara ilə birlikdə magiyanı məhv etməyə çalışması məlum olur. Qreq və Tamaranın Storibruku məhv etmək planının qarşısı alındıqda onlar Henrini oğurlayaraq sehrli portal vasitəsiylə Yoxlandiyaya gətirirlər. Tamara və Qreqin Piter Pen tərəfindən aldadılması məlum olur. Recina, Emma, Devid, Meri Marqaret, Cənab Qolda və Kapitan Qarmaq Devidi tapmaq üçün Yoxlandiyaya yola düşürlər.
Rollarda
Əsas Cinnifer Qudvin - Ağbəniz/Meri Marqaret Blnaşer (21 seriya) Cennifer Morrison - Emma Svon (21 seriya) Lana Parrilla - Qəddar Kraliça/Recina Mills (20 seriya) Coş Dallas - Cazibədar Şahzdə/Devid Nolan (22 seriya) Emili de Revin - Bell/Leysi (15 seriya) Cared Gilmor - Henri Mills (22 seriya) Kolin O’Donoqu - Kapitan Qarmaq (15 seriya) Meqan Ori - Qırmızı papaq/Rubi (12 seriya) Robert Karlayl - Rumpelştilskin/Cənab Qold (19 seriya) Köməkçi
Li Arenberq - Deyingən cırtdan/Leroy/Xəyalpərəst (12 seriya) Maykl Reymond-Ceyms - Belfayr/Nil Kassidi(11 seriya) Beverli Elliott - Qırmızı papağın nənəsi/Nənə (10 seriya) Geyv Xut - Asqıran cırtdan/Tom Klark (5 seriya) David Pol Qruv - Dok (10 seriya) Faustino Di Bauda - Yuxulu cırtdan/Volter (10 seriya) Mig Macario - Utancaq cırtdan (10 seriya) Maykl Koleman - Xoşbəxt cırtdan (10 seriya) Barbara Herşi - Kora/Qırmızıtoxmaq Kraliça (10 seriya) Jeffri Kasye - Ləng cırtdan (10 seriya) Sara Bolger - Şahzadə Avrora (9 seriya) Kiqan Konnor Treysi - Mavi pəri/Rahibələrin başçısı (8 seriya) Devid Anders - Dr. Viktor Frankinşteyn/Dr. Ueyl (5 seriya) Alan Deyl - Kral Georq/Albert Spenser (4 seriya) Toni Perez - Henri (4 seriya) Tony Amendolac- Cepetto/Marko (4 seriya) Etan Embri - Ouen Flinn/Qreq Mendell (9 seriya) Sebastian Sten - Dəlisov papaqçı/Cefferson (3 seriya) Ceymi Çanq - Mulan (9 seriya) Rafael Sbaraj - Danışan cırcırama/Dr. Arçi Hupper (7 seriya) Sonikua Martin-Qrin - Tamara (6 seriya) Kris Qotye - Cənab Smi (4 seriya) Corc Qarsiya - Anton (3 seriya) Culyan Morris - Şahzadə Filip (3 seriya)
Qonaq Ceymi Dornan - Ovçu/Şerif Qrehem Humbert (1 seriya) Eyon Beyli - Avqust Bus (2 seriya) Toni Perez - Ser Henri (2 seriya) Dilan Şmidt - Gənc Belfayr (2 seriya) Tom Ellis - Robin Hud (1 seriya) Freya Tinqli - Vendi Darlinq (1 seriya) Parker Kroft - Feliks (1 seriya) Qabriella Rouz - Rut (1 seriya) Erik Kinlisayd - Ser Moris/Moe Frenç (1 seriya) Noy Bin - Daniel (1 seriya) Beyli Medisson - Gənc Ağbəniz (2 seriya) Reyçel Şelli - Milla (2 seriya) Rouz MakQovan - Gənc Kora (1 seriya) Sinqua Ualls as Ser Lanselot (1 seriya) Annabet Giş - Anita (1 seriya) Ben Hollingsvort - Kuinn (1 seriya) Qreqori İtzin - Alfons Frankinşteyn (1 seriya) Çad Maykl Kollins - Gerhardt Frankinşteyn (1 seriya) Kassidi Friman - Cek (1 seriya) Lesli Nikol - Yohanna (1 seriya) Rena Sofer - Kraliça Yeva (1 seriya) Xoaquim de Almeida - Kral Xavier (1 seriya) Con Piper-Ferquson - Kurt Flinn (1 seriya) Benjamin Stokham - Gənc Ouen Flinn (1 seriya) Tsi Ma - Əjdaha (1 seriya)
Seriyalar
{|class="wikitable plainrowheaders" style="width:100%" |- style="color:white" ! style="background:#9966CC; width:5%"|SerialdaNo. ! style="background:#9966CC; width:5%"|MövsümdəNo. ! style="background:#9966CC; width:20%"|Ad ! style="background:#9966CC; width:17%"|Rejissor ! style="background:#9966CC; width:24%"|Ssenari ! style="background:#9966CC; width:13%"|Orijinal efir vaxtı ! style="background:#9966CC; width:7%"|İstehsal kodu ! style="background:#9966CC; width:9%"|ABŞ izləyiciləri(milyon)
İstehsal İnkişaf
10 may 2012-ci ildə ABC “Biri var idi, biri yox idi” serialını ikinci mövsüm üçün yeniləmiş, ikinci mövsümün premyerası isə 30 sentyabr 2012-ci ildə baş tutmuşdur.
Serialın yaradıcıları Adam Horovitz və Edvard Kitsis birinci mövsümün finalında baş vermiş hadisələrin davamından bəhs edərkən qeyd edirlər ki, “Bildiyimiz kimi, magiyaya görə həmişə ödəmək lazımdı, bu dəfə biz onu əvvəllər heç vaxt olmadığı bir dünyaya, bizim dünyaya gətirəciyik və bunun gözllənilməz nəticələri ola bilər. İkinci mövsümdə bu hər kəsə təsir edəcək və çox əyləncəli olacaq.” Storibrukdakı hər kəsin yaddaşı qayıdacaq deyən Horovitz bildirir ki, “Əsas məsələlərdən biri odur ki, personajların yaddaşlarının qayıtması o anlama gəlmir ki, iyirmi səkkiz il ərzində baş vermiş hadisələr yaddan çıxıb. Devid, Meri Marqaret, Cənab Qolda və şəhərdəki bütün obrazların həmin 28 il ərzində yaşadıqları həyat və xatirələri də onlara məxsusdur və onların Storibrukdakı həyatı sonrakı hadisələrin gedişinə təsir edəcək.”
Birinci mövsümdə olduğu kimi, ikinci mövsümdə də həm Storibrukda real vaxt kəsimində baş verən hadisələr, həm də nağıllar aləmində baş vermiş hadisələrin xatirələri göstərilir. İkinci mövsümdə həm də yeni nağıl etmə üslubundan istifadə olunur.
Aktyor seçimi
2012-ci ilin iyununda birinci mövsümün köməkçi aktyorları olmuş Meqan Ori (Qırmızı papaq/Rubi) və Emili de Revinin (Bell/Leysi) ikinci mövsümün əsas aktyorları olacağı elan edilmişdi. 2012-ci ilin iyulunda “Sevimli yalançılar” serialının ulduzu Culyan Morrisin Şahzadə Filip, “Gənc canavar” serialının aktyoru Sinqua Uallsın Ser Lanselot obrazlarını canlandıracaqları açıqlanmışdı.
Həmin ay “Tüdorlar” serialından Sara Bolger və “Subaylıq qonaqlığı: II hissə” filmində rol almış aktrisa Ceymi Çanqın müvafiq olaraq Şahzadə Avrora (Yatmış gözəl) və Mulan obrazlarını canlandıracaqları haqqında məlumat yayılmışdı. 3 avqust 2012-ci ildə “Ayin” filmindən tanınan aktyor Kloin O'Donokun yazıçı Ceyms Barrinin “Piter Pen və Vendi” romanının əsas antoqonisti olan Kapitan Qarmaq obrazını canlandıracağı haqqında məlumat verildi. Mövsümün ikinci yarısından isə O'Donok əsas rol aktyorları sırasına daxil oldu. Həmin gün “Əsl Qan” serialından aktyor Maykl Reymond-Ceymsin serialda rol alacağı bildirilmiş, lakin rol sirr olaraq saxlanmışdır. Sonradan onun Nil Kassidi (Rumpelştilskinin oğlu Belfayr və Emma Svonun keçmiş sevgilisi, Henrinin atası) obrazını canlandıracağı açıqlanmışdı. “Sağ qalmaq” serialının ulduzu Corc Qarsiya “Cek və lobya sarmaşığı” nağılından Nəhəng Anton obrazını canlandırmışdır. Qarsiyanın obrazının yalnız bir seriyada görünməsi nəzərdə tutulsa da, sonradan onun rolu artırılmışdır.
Birinci mövsümün əsas aktyor heyətində olmuş Danışan cırcırama obrazını canlandırmış Rafael Sbaraj ikinci mövsümdə köməkçi aktyorlar sırasında yer almışdır. “Başqa şəhərdə seks” serialından aktrisa Raşel Şelli Rumpelştilskinin arvadı Mila obrazını canlandırmışdır. “Evrika” serialından Kris Qotye Kapitan Qarmağın köməkçisi Cənab Uilyam Smi rolunda çəkilmişdir. 2012-ci ilin oktyabrında “Gözləyə bilmirəm” filmindən tanınan aktyor Etan Embrinin Storibruka gəlmiş yad adam obrazını canlandıracağı açıqlanmışdı. Eyon Beyli (Pinokkio/Avqust Bus) altıncı və on səkkizinci seriyaların qonaq aktyoru olmuşdur. Toni Perez (Şahzadə Henri) və Alan Deyl (Kral Georq/Albert Spenser) mövsüm ərzində müxtəlif seriyalarda bir neçə dəfə görünürlər.
Beşinci seriyada aktyor Noy Ben Qəddar Kraliçanın sevgilisi Deniel rolunu canlandırır. “Məxfi materiallar” serialından aktrisa Annabet Giş bir seriyada canavar dəstəsinin rəhbəri və Qırmızı papağın anası Anita rolunu canlandırır. “Milad açıqcası” filmindən tanınan aktyor Çad Maykl Kollins və “24” serialının veteranı Qreqori İtzin on ikinci seriyada Gerhardt/Frankinşteynin monstru və Frankinşteynin atası Alfons rolunda çəkilmişlər. “Qışqırıq” filmi və “Cəzbolunmuş” serialından tanınan aktrisa Rouz MakQovan on altıncı seriyada gənc Kora rolunu canlandırır. “Dountoun abbatlığı” serialının ulduzu Lesli Nikol on beşinci seriyada Ağbənizin xidmətçisi Coanna rolunu, “Qəhrəmanlar” serialından Rena Sofer isə Ağbənizin anası Kraliça Yevanı canlandırır. Bu rolun sonrakı seriyalarda təkrar görünmə ehtimalı da var. “Kaprika” serialından Con Hiper-Ferquson on yeddinci seriyada Kurt Flin obrazını canlandırmışdır. Həmin seriyada birinci mövsümün köməkçi aktyoru Ceymi Dornan da Şerif Qrehem obrazını canlandırmışdır.